Bazar günü, 2024-12-22, 10:26 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 9 » Günahkar adamlarla qaş-qabaqlı davran!
12:11 PM
Günahkar adamlarla qaş-qabaqlı davran!
İctimai mühiti pozan amillərdən biri də günahkar şəxsə yaxşı münasibət göstərib, (cəzasız buraxmaq) onu günah işlərə daha meyilli etməkdir. Çünki belə adamla yaxşı rəftar etmək ona qol-qanad verir, bundan əlavə, belə rəftar başqalarının da günaha meyilli olmasına rəvac verir. Bu barədə bir neçə hədisə diqqət yetirək:
 İmam Əli (ə) Malik Əştərə yazdığı məktubun bir hissəsində buyurur: وَلا يَكُونَنَّ الْمُحْسِنُ وَالْمُسِيئُ عِنْدَكَ بِمَنْزِلَة سَواء «Heç vaxt yaxşı adamla günahkar şəxsə eyni gözlə baxma. Çünki onların hər ikisi ilə bir münasibətdə olmaq, yaxşı adamı yaxşı işlərinə meylsiz, pis adamı isə pisliyinə qarşı daha meyilli edər. Bunların hər biri ilə əməllərinə görə qanun çərçivəsində rəftar et!»[67]
 Başqa bir hədisdə buyurur: اَلثَّناءُ بِاَكْثَرَ مِنَ الاْسْتِحْقاقِ مَلَقٌ، وَالتَّقْصِيرُ عَنِ الاْسْتِحْقاقِ عِيٌّ اَوْ حَسَدٌ «Bir şəxsi həddən artıq tə’rifləmək yaltaqlıq, həddindən az tə’rifləmək isə ya acizlikdən, ya da ona həsəd aparmaqdandır». 
İslam Peyğəmbəri (s) buyurur: اِذا مُدِحَ الْفاجِرُ اِهْتَزَّ الْعَرْشُ وَغَضِبَ الرَّبُّ «Günahkar tə’riflənəndə Allahın ərşi titrəyir və Allah qəzəblənir».
 İslam Peyğəmbəri başqa bir hədisdə buyurur: اُحْثُوا فِي وُجُوهِ الْمَدَّاحينَ التُّرابَ «Günahkar şəxsi tə’rifləyənlərin üzünə torpaq atın». 
İmam Əli (ə) buyurur: اَمَرَنا رَسُولُ اللهث اَنْ نُلْقِيَ اَهْلَ الْمَعاصِي بِوجُوه مُكْفَهِرَة «Peyğəmbər bizə əmr etmişidr ki, günahkar adamlarla qaş-qabaqlı davranaq».
 İmam Sadiq (ə) buyurur: Allah-taala iki mələyi bir şəhəri alt-üst etmək üçün mə’mur etdi. Onlar şəhərə daxil olanda Allaha dua edən bir kişini gördülər. Onlardan biri Allaha ərz etdi: «İlahi, mən bu şəhərdə bir nəfəri Sənə dua edən halda gördüm». 
Allah-taala buyurdu: اِمْضِ لِما اَمَرْتُكَ بهِ فَاِنَّ ذا رَجُلٌ لَمْ يَتَمَعَّرْ وَجْهُهُ غَيْظاً لِي قَطُّ «Sizə əmr etdiyim işi yerinə yetirin. Çünki bu kişi bir dəfə də olsun Mənə görə günahkarlara qarşı qəzəblənməyib». 
Deməli, Allaha ibadət və dua edən şəxs də bu ümumi bəlaya düçar olmalıdır. Çünki onun günahkarlarla mülayim davranışı, onların günaha daha da batmasına səbəb olurdu.
 /al-hadj.com/
haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 873 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]