Bazar günü, 2024-12-22, 10:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 5 » Gunah insanligin dusmeni
3:30 PM
Gunah insanligin dusmeni


Sevgiyə və pərəstişə hər kəsdən daha çox layiq olub heç bir şeyə ehtiyacı olmayan Allahın adıyla. Həmin Allahın adıyla ki, insanı məxluqatın ən şərəflisi xəlq etmiş və onu kamala çatdırmaq üçün dünyaları onun ixtiyarında buraxmışdır. Həmin mehriban Allahın adıyla ki, bizlərə pislikləri tanıdıb, yaxşılıqları ən gözəl şəkildə nişan verdi... Həqiqətən o, məbudların ən gözəli, səadət axtaranların səadətidir. O, həmin kəsdir ki, onunla olanlar nicat tapar, ondan üz döndərənlər isə əbədi fəlakətə düçar olarlar! O həmin kəsdir ki, onun mübarək adıyla başlanan hər şey tamam olmuş , onsuz başlanan və onsuz olan hər iş nəticəsiz bitmişdir.

Həmin Allah-təala, elm və kamal əhlini qarşısında diz çökdürən, insanların qurtuluş kitabı olan Qurani-kərimdə buyurur:

"Cin və insanı ibadət etmək üçün yaratdım.”

Yaxud hədisi qudsiyə nəzər salaq: Allah buyurur: "Mən bir gizli xəzinə idim, istədim aşkar olam məxluqatı yaratdım.”

 Bu iki müqəddəs kəlam, bizlərə, insanın Allah yanında dəyərindən və onun nə üçün xəlq olmasından danışır... Allah insanı yaratmışdır ki, ona verilən ömür içində öz Rəbbi istəyən kimi yaşasın və həqiqi səadətin müqəddiməsi olan bu dünya imtahanlarından keçib "məqsədinə” qovuşsun. Həmin məqsədinə ki, ona yalnız Allaha itaətlə qovuşmaq olar. İstər bu məqsəd cənnət olsun, istərsə də cənnətdə içinə daxil olmaqla mələkləri diz çökdürən bir kamillik. Bəs insan yarandığı gündən ona verilən ömür içində Rəbbinin istədiyi kimi yaşamalı, səadətə yalnız bu yolla qovuşmalıdır. Bu yaranışı misalla göstərmək istəsək belə demək olar ki, insanın ömrü bir yoldur. Bu ömürdən hər bir saniyə keçdikcə insan Rəbbinə yaxınlaşır. Əgər bu yol boyu gördüyü işlər Rəbbinin rizayəti ilə olubsa onda Rəbbi vəd etdiyi həqiqi səadətə qovuşacaq. Yox əgər bu yol boyu etdiyi işlər nəfsin və iblisin razılığı üçün olacaqsa, bu zaman insanın yolu bitəndə onu böyük bir fəlakət gözləyir. Bunu da qeyd edək ki, bu fəlakətlər tək bu dünyadan sonrakı dünyada deyil, elə bu dünyanın özündə də özünü göstərir. Necə ki, Allah Quranda buyurur: "Hər kim Allahın zikrindən qafil olsa yaşayışı çətinləşəcəkdir! (daim əzab əziyyətə qərq olacaqdır.) 


Bizim bu yazımız isə kamal, öz Rəbbini zahir etmək üçün xəlq olan insana, bu yolda mane olan, onu Rəbbindən uzaq salan, məxluqatın ən şərəflisi ikən ən alçağı halına gətirən, onu həm bu dünyada, həm də həqiqi aləmdə fəlakətlərlə üz-üzə qoyan, islam şəriətində günah yaxud haram terminləri ilə ifadə olunan bizim həqiqi düşmənimiz barədədir. Bir sözlə biz, bu yazımızda bizi həqiqi səadətə çatmağa qoymayan, hər nəfəsdə ayağımızdan çəkən, özümüzün də xəbəri olmadan abrımızı tökən günah barədə danışacağıq.Qeyd edək ki, günahı kiçik və böyük günahlara ayırırlar. Buna islam maarifində kəbirə və səğirə günahları deyilir. Bizim bu kiçik yazımız bu günahları saymaq məqsədi daşımır.Sadəcə biz bu yazıda, günah sözünü ümumi formada izah etmək, onun bizə həm bu dünyada, həm də hamımızın gedəcəyimiz olduğu həqiqi dünyada vurduğu zərbələrdən danışacağıq.Yazımızın adını "günah-insanlığın düşmanı " qoymağımızın səbəbi də budur ki, əgər bir şey insanı həqiqi səadətdən uzaq edirsə, onun müxtəlif bəlalarla üzləşməsinə səbəb olursa ona düşmandan başqa heçnə demək olmaz.

 Biz günah barədə ümumi danışacağıq.Çünki günahı kiçik saymağın özü də bir günahdır. Necə ki, Əli (ə) buyurur: "Günahın kiçik olmasına deyil, kimin fərmanından boyun qaçırdığına bax!”

İndi isə istəyirik yazımızın əvvəlində qeyd etdiyimiz Allahın, "Mən insanları... İbadət etmək üçün yaratdım” cümləsindəki ibadət sözünü azda olsa şərh edək.

Görəsən nədir ibadət? Allahımız bizə səni ibadət etmək üçün yaratmışam deyir. Yəni bu ibadət sözü yalnız namaz qılmaq, oruc tutmaq mənasınımı daşıyır? Yəni bu yaradılışın səbəbi fəqət namaz qılıb, oruc tutmaqmı? Bu,ibadət –deyə səslənən bir kəlmə bizim bütün yaradılışımızın səbəbini ifadə etməyə nə qədər qadirdir?

Bütün bu suallara cavab vermək üçün Allahın bizlərə ibrət olaraq göndərdiyi Məsumlarımızın bir hədisinə nəzər salaq. Hədisdən əvvəl bunu qeyd edək ki, bizlərin axtardığı bütün sualların cavabı bizə ölülər kitabı kimi tanıdılan Qur-ani- kərimdə və Əhli-beytin (ə) buyruqlarındadır. Həmin Əhli-beytin ki, onlar bütün vücüdlarıyla Allahın yer üzündə insanlara nümünəsi və höccətləridir. Bəli, ibadət barədə qeyd etdiyimiz hədis belədir: "İbadətlərin ən gözəli Allahın vacibatına əməl edib, haram buyurduqlarından çəkinməkdir!” Nə gözəl kəlam!Bəs biz bu kəlamı oxuduqdan sonra bu nəticəyə gəlirik ki, ibadətdə məqsəd yalnız namaz qılıb, oruc tutmaq deyildir. Bəlkə onlar da içinə daxil olmaqla, Allahın bizə vacib etdiyi əməlləri yerinə yetirmək, haramlarından boyun qaçırıb, günahlarından uzaq olmaqdır! Bizim səadətimiz bundadır! Sual çıxa bilər ki, görəsən o vacibləri etməklə, o haramları buyurmaqla Allah bizdən nə istəyir? Yəni, bəzi şeyləri bizə niyə yasaqlayıb, bəzi şeyləri də vacib etmişdir? Bu sualı verənə tək bir cümlə ilə belə cavab vermək olar: Əzizim, sənin istədiyin behişt elə də asan əldə olunan şey deyildir! Cavabımızı bir az da genişləndiririk.Bəli, həqiqətən də behişt yaxud da kamal elə asanlıqla əldə olunan şey deyildir! Gərək əkəsən ki, biçəsən...Əgər Allah, insanlara müəyyən vacib və qadağalar qoymasa o heç vaxt kamil ola bilməz. Necə ki, valideyn öz övladına onun dərs oxuyub böyük adam olması üçün qadağalar qoyur. Bəzi şeyləri də vacib edir. Məsələn gününün yalnız bir iki saatını futbolda keçir deyir. Pis uşaqlardan uzaq ol və s. Vacib edir ki, dərslərini yaxşı oxu. Vaxtını boş-boş şeylərlə keçirmə... Valideyn bilir ki, övladı bunları etməsə böyük adam ola bilməz. Bəs böyük adam olmağın yolu bu çətinliklərdən keçir. Allah da belə insana buyurduğu vacib və haram işlər yalnız onun öz xeyrinədir! Allah hər şeydən nöqsansızdır! Kimsə o valideynlərə deyə bilərmi ki, uşağına niyə zülm edirsən?Ola bilsin ki, bəzi uşaqlar buna etiraz edələr. Ürəkləri başqa şey istəyə. Amma böyüyəndə anlayarlar ki, yaxşıdakı valideynləri onların istəyini qəbul etməyib və yaxşıdakı onlar valideynlərinin qadağalarına qulaq asıb, tapşırıqlarını yerinə yetiriblər. Allahın buyuruqları da bu cür! Onları dərk etməyənlər o uşaqlar kimi əvvəl etiraz edərlər. Amma sonra həqiqəti görəndə peşman olar, öz işlərindən xəcalət çəkərlər. Bunu unutmayaq ki, Allah hər bir şeydən ehtiyacsız və hər bir nöqsandan pakdır. Onun buyuruqları da yalnız bizim səadətimiz üçün hesablanıb. Valideynə öz övladını sevdiyindən ona bəzi şeyləri qadağan edir, bəzi buyruqlar buyurursa, Allah öz yaratdıqlarını hər kəsdən çox sevir. Onun hər şeyi bizdən daha yaxşı bilir... Bizim ona etirazımız o kiçik, ağılsız uşağın valideyninə etirazından fərqsizdir!

 Bəli, əziz oxucu! İndi isə istəyirik günahın bizə qoyduğu təsirləri, onun bizim əlimizdən aldığı şeylər barədə yazaq. Əvvəldə də qeyd etdiyimiz kimi biz, bu yazımız günahları saymaq üçün yazmamışıq. Onlar barədə cildlərlə kitablar yazılıb. Şəriət kitabları bizə buyurulan vacibləri və haram buyurulan işləri geniş şəkildə izah edir. Bizim bu məqalə, həmin vacibləri tərk edib, haramlara əl uzatdığımızın ki, buna bir yerdə günah deyirlər , bizə bu dünyada və axirətdə yetirdiyi zərərlər barədədir.

Əziz oxucu! Əgər həyatında mənəvi və maddi çətinliklərdən qurtulmaq istəyirsənsə yazımızı bu yrindən sonra daha diqqətlə oxu!

 

Günahın təsirləri!

Müsibətlər: Şübhəsiz ki, bizlərə üz gətirən müsibətlər və bəlalara özümüzün itaətsizliyi səbəb olur.

Allah – təala buyurur: Anlamadılarmı ki, onlardan bir çoxlarını məhv etdik? Hansı ki, onlara sizə yer üzündə verdiyimiz imkanı vermişdik. Onlar üçün yağış yağdırır, yaxınlıqlarından çaylar axıdırdıq. Sonra günahlarına görə onları məhv etdik və başqa dövrün insanlarını yaratdıq.(Ənam – ayə 6)

Bəli, Allahın məhkəməsində heç bir günahın üzərindən keçilməz. Hər kəs cəzası nə isə alar.

 

Ruzinin azalması:

Həqiqətən günah insanın ruzisinin azalmasına səbəb olar. Günahkar insanlar heç vaxt Allahın bu dünyada qoyduğu sirlərdən xəbərdar olmazlar.

İmam Sadiq (ə) buyurur: "Allahın bəndəsi günaha batdığı vaxt ruzinin azalması bəlasına düçar olar”

O, həzrətdən nəql olan digər bir hədisə nəzər salaq:

Allah öz bəndəsinə nemət verməyib ki, həmin nemətini tez geri alsın. Bəndə günaha batır və bu səbəbdən də nemət kəsilir!

 

Qıtlıq və bahalıq!

Aləmi bürüyən qıtlıq və maddi sıxıntılarda da günahın təsiri olması şəksizdir. Cəmiyyətdə günah çoxalarsa qıtlıq və maddi sıxıntı da bir o qədər artar. Allah Quranda buyurur: "Düçar olduğunuz hər bir müsibətin səbəbi öz əməllərinizdədir.”

 

Duaların qəbul olmaması:

Allah Quaranda buyurur: "Allah yalnız təqvalılardan qəbul edir! Bəs günahkar kəslərin duası qəbul olunmur!

 

Ömrün azalması:

Allah insana müəyyən qədər ömür verir. İnsan öz yaxşı əməlləri ilə onu artıra, pis əməlləri ilə azalda bilər!İmam Sadiq (ə) buyurur: Çirkli işlərdən çəkinin ki, ömrünüz uzun olsun!

 Bunun səbəbini Quran ayəsi ilə də açıqlaya bilərik. Allah Quranda buyurur ki, nemətlərimə şükr edənlərin nemətini artıraram! Bəs, ömrünü yaxşı işlərə sərf edənin ömrünü artırar. Çünki Allaha itaət özü bir şükürdür!

 

Zalim və hakimlər qarşısında qorxu, biçarəlik və şərr insanların rəhbərliyi!

İnsanların Allahın müqəddəs qanunlarına riayət etməməsi dünyanın nizamına da təsir göstərir. Günahkar insanlar zalim hakimlər qarşısında qorxu və biçarə halda yaşayırlar! Bu qorxu həmin qəlblərdə olur ki, onda Allaha iman yoxdur! Həmçinin Allah günahkarlara bəzən zalimləri rəhbər edər: "İnsanların günahı səbəbindən suda və quruda fəsad yaranmışdır”

 

Mədəniyyətlərin məhvi:

Qərb alimlərindən biri deyir: "Dünyadan islam mədəniyyətini götürsək dünyanın mədəniyyətsiz olduğunu anlayarıq”!

 Əlbəttə ki, Allahdan uzaq yaşayan bir cəmiyyət də mədəniyyətlər məhv olar...

Nəticə: Əgər günah bizi yaradan, bizi bizdən çox sevən Rəbbimizdən uzaq salacaqsa, bizi daim müsibətlərin içinə atacaqsa, gözəl və mənalı ömrümüzü qısaldıb, ruzimizi kəsəcəksə, hər dəfə əlimizi Rəbbimizə qaldırdıqda boş qayıtmasına səbəb olacaqsa, bizləri zalim rəhbərlərin zülmünə düçar edib qorxu və biçarəlik içində yaşamağımıza səbəb olacaqsa, yaşadığımız cəmiyyətdə mədəniyyətdən əsər qoymayacaqsa, Rəbbimizin hərəmi olan qəlbimizə qara ləkə salıb üzümüzdən insanlıq nurunu aparacaqsa, Bizi dünyadakı həqiqətlərin dərkindən məhrum edəcəksə , məxluqatın ən şərəflisi ikən rüsvay edib abrimızı aparacaqsa, ondan bir xeyir gözləməyə dəyərmi? Tezliklə tövbə edib Rəbbimizə qayıdıb tövbə etməyimiz gərəkmirmi? Axı Rəbbimiz tövbə edənləri sevəndir! Unutmayaq ki nə cür yaşasaqda, haraya getsək də yenə də son qayıdacağımız bizi ucaldan və əzizləyən Allahdır! Vay olsun "Günəş”i görə-görə inkar edənlərə!

İlahi! Səndən istəyirik bizi səndən uzaq salan günahlarımızı bağışla!

İlahi! Sənə and veririk müqəddəslərinə bizim insan adımızı üzərimizdən götürən günahlarımızı bağışla!

İlahi! And veririk on dörd müqəddəs bəndələrin Əhli-beyt  (ə) hörmətinə İmam Zaman (ə.c) ağamızın zühurunun gecikməsinə səbəb olan günahlarımızı bağışla və onun qəlbini bizlərdən razı edib bizi onun müxləs naiblərindən qərar ver!


iman.ge


Category: Exlaq | Baxış: 817 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]