Bazar günü, 2024-12-08, 5:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 28 » Günah əhli ilə yoldaşlıq etmə!
11:42 AM
Günah əhli ilə yoldaşlıq etmə!
GÜNAHKARLARLA YOLDAŞLIĞIN MƏZƏMMƏTİ HAQQINDA RƏVAYƏTLƏR

1. İmam Sadiq (ə) imam Baqirin (ə) dilindən belə nəql edir: "Atam Səccad (ə) mənə buyurdu: "Beş zümrə ilə yoldaş, həmsöhbət və dost olma.” Bu beş zümrənin kimlərdən ibarət olduğunu soruşdum. Atam buyurdu: "Yalançı ilə yoldaşlıqdan çəkin. O ilğım kimidir, uzağı yaxın, yaxını uzaq göstərər. Fasiqlə yoldaşlıqdan çəkin. O səni bir qarın yeməyə və ya ondan da aza satar. Paxılla yoldaşlıqdan çəkin. Çünki olanını sənə qıymaz, ehtiyaclı olduğun vaxt sənə yardım əli uzatmaz. Axmaqla yoldaşlıqdan çəkin. O sənə xeyir vermək istəsə də, anlamazlıqdan sənə zərər vurar. Yaxınları ilə əlaqəni kəsəndən çəkin. Mən belələrinə Qur`anda lə`nət oxunduğunu gördüm. "Məhəmməd” surəsinin 23-cü ayəsi, "Rə`d” surəsinin 24-cü ayəsi, "Bəqərə” surəsinin 27-ci ayəsi.”
2. İmam Sadiq (ə) buyurur: "Allaha və Qiyamət gününə imanı olan kəs imamın təhqir olunduğu, mö`minlərə eyb tutulan məclisdə oturmasın.” 
3. İmam Sadiq (ə) buyurmuşdur: "Allaha qarşı itaətsizliyə yol verilən və söhbəti dəyişmək imkanı olmayan məclisdə əyləşmək mö`minə yaraşmaz.” 
4. İmam Sadiq (ə) buyurur: "Bid`ət əhli ilə (dinə bir şey artırıb, dindən bir şey əskildənlərlə) həmsöhbət olmayın, bir məclisdə oturmayın. Belə etsəniz onlardan sayılarsınız. Peyğəmbər (s) buyurur: "İnsan öz dostu ilə bir məzhəbdədir.”


Category: Exlaq | Baxış: 1215 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]