Bazar günü, 2024-12-22, 10:32 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 26 » GÜLÜŞ
3:36 PM
GÜLÜŞ
GÜLÜŞ
Məsum İmamlar (ə) bizə gülərüzlü olmağı, təbəssüm etməyi tövsiyə ediblər. O cümlədən həzrət Fatimə (s) buyurub: «Möminlə üzləşərkən təbəssüm edən şəxsə cənnət vacib olar». («Mübəlliğlərin mövzular üzrə ensiklopediyası», səh.164)
     
Elm və din baxımından gülüşün sağlamlıqda rolu

     Psixoloqlar gülüşlə bədən sağlamlığı arasında yaxın əlaqə olduğunu bildirərək onun, sağlamlığın ən üstün dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər. Onlardan bəziləri öz müalicələrini gülüşlə yerinə yetirərək sağlamlığı ruhun təravətində axtarırlar. Elmi tədqiqatlar da gülüşün insanın cismində, ruhunda, emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir. Almaniyanın xəbər agentliyinin bildirdiyinə görə: «Almaniya tədqiqatçılarının apardıqları axtarışlar qəti surətdə sübut edir ki, gülüş, bütün bədənin istirahətinə, (həyəcan zamanı çırpınan) ürəyin sakitləşməsinə və qan təzyiqinin düşməsinə kömək edir. Gülüş eləcə də mədə şirəsinin ifrazını təhrik edir və stressin səviyyəsində təsirli rolu olaraq bədənin təhlükəsizlik sistemini qüvvətləndirir». Bu tədqiqatçılar əlavə edirdilər ki: «Bir az gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına və fərdin iş qabiliyyətinə kömək edə bilər». 
     Korman Kazniz «Bir xəstəliyin izahı» kitabında qeyd edir ki, sağlam və təbii həyatı yenidən başlamaq üçün iflic xəstəliyilə necə mübarizə edib. O, inanır ki, onun əsas dərmanı gülüş olub.
     «Mənfi kitab» əsərinin müəllifi Con Racer deyir: «Ağrının şiddətindən gözlərinə yuxu getməyən Kuzins adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə dəqiqəlik gülüşlə ağrılarını bir neçə saat sakitləşdirərək rahat yata bilər. O, bu yolla öz sağlamlığını geri qaytara bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. Insan gülərkən bütün əzələləri və əsəbləri genişlənərək sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu üçün bir növ idmandır. Gülüş ağciyərin açılmasına və nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər inanırlar ki, gülüş ömrü uzadır. Şadlıq və gülüş dözülməz xəstəliklərin qarşısını almaqdan əlavə, böyüməkdə olan xərçəng xəstəliyinin də qarşısını alır. Rəvayətlərdə gülüşün insan sağlamlığında müsbət rolundan söz açılır. 
      Burada onlardan birinə işarə edirik: 
     Bir nəfər İmam Sadiqin (ə) yanına gələrək «bəlğəm» xəstəliyindən şikayətlənir. İmam Sadiq (ə) buyurur: «Səni güldürə biləcək kənizin yoxdurmu? Xəstə kənizin olmadığını bildirir. O, həzrət buyurur: «Özünə belə bir kəniz seç! Çünki, gülüş bəlğəmin yox olmasına səbəb olur. («Məsumların (ə) həyatında kədər və sevinc», səh.144)
     
Qəhqəhəylə gülməyin tibbi ziyanları

     İslamda təbəssümlə gülmək bəyənilir, qəhqəhəylə gülməksə bəyənilmir. İmam Əli (ə) gülümsəmək barəsində buyurur: «Ən gözəl gülüş təbəssümdür». («Mizan əl-Hikmə», c.5, səh.481) Imam Sadiq (ə) qəhqəhə barəsində belə buyurur: «Qəhqəhə şeytan əməlidir».
     Rəvayətlərdə qəhqəhədən çəkinməyin səbəbi olaraq insan vüqarının aradan getməsi, daş ürəkli olması və sair kimi işlər göstərilsə də, bəlkə də onun tibbi səbəbləri də şəriətdə nəzərə alınıb.
     Qəhqəhə tibbi cəhətdən də ziyanlıdır. Belə ki, çoxlu həyəcan keçirir. Biz bu kitabın əvvəlki fəsillərində «Həyəcan ürək narahatlıqlarına, mədə yarasına və sair xəstəliklərə bais olur»- dediklərini qeyd etmişdik. 
     Doktor Pak Nejad bu barədə yazır: «Qəhqəhə bütün insanlara zərərlidir. Ürək damarları xəstəliklərinə tutulmuş insanlara isə qorxuludur».
     Bu günlərdə aydın oldu ki, dünyada bir neçə tanınmış şəxsin gülməkdən ölmələrinin səbəbi güman ki, ürək damarlarındakı narahatlıqlar olub. Həmin şəxslərdən biri də Sipakusun zalım padşahı Venisdir ki, onun bir qəhqəhəsi xalqı onun zülmündən qurtardı.
     Papa X Leon Fransanın padşahı I Fransuanın italyanlara məğlub olduğunu eşidəndə qısa, amma şövq və fərəhlə güldüyü üçün dünyasını dəyişib. («İlk universitet, son peyğəmbər», c.6, səh.294)
     
Mehdi Tahiri
Category: Bezi meslehetler | Baxış: 1080 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]