Bazar günü, 2024-12-22, 9:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 11 » Güc çatmayan zaman...
4:34 AM
Güc çatmayan zaman...
Güc çatmayan zaman...


İnsanın fiziki imkanları məhduddur və bunu hamı qəbul edir. Amma tək bir döyüşçü bir ordu ilə üzbəüz dayanan zaman da ümidini itirmir. Sirri Allahın qüdrətinə güvənməsidir, Nil çayını yarıb yol açan Allaha!
Cəfərilər: «Fürqan» surəsinin son ayəsində buyurulur: «De ki, duanız olmasa, Rəbbimin yanında heç bir dəyəriniz yoxdur».
Ayə və rəvayətlərdə duanın əhəmiyyətinə kifayət qədər işarə olunmuşdur. Nəfsini paklamaq, kamil insan olmaq qərarına gəlmiş şəxs üçün ilk yardımçı duadır. İnsan qüdrətindən xaric olan bütün işlər həqiqi dua ilə həyata keçir. Sadə bir misal: Min dörd yüz ildir ki, İslama ümid yeri, sığınacaq kimi baxan cəmiyyətlərdə «Allahdan yağış istəmək» kimi bir ənənə vardır. Quraqlıqdan məhv olma təhlükəsi ilə üzləşmiş əkin sahələrini xilas etmək üçün insanlar çiyin-çiyinə dayanıb, namaz qılır və Allahdan yağış istəyirlər. Belə duaların haradasa qəbul olunmamasına təsadüf olunmayıb.
Lakin duanın şərtləri vardır. İlkin şərt dua zamanı çağırdığın Allahı tanımaqdır. Dua məqamında ruhun paklığı, onun hazırlığı ikinci şərtdir. Duanın üçüncü şərti, Allahı razı salmaqdır. Əgər Allah-təala bir insandan narazıdırsa, çətin ki, onun duasını qəbul edə. Dua zamanı bütün diqqətin Allaha yönəldilməsi, duanın dördüncü şərtidir.
İslam Peyğəmbəri (s) buyurur: «Dua möminin silahı, dinin sütunu, yerin və göyün nurudur (Üsuli-kafi cild 2.)»
 haqyolu

Category: Diger me'lumatlar | Baxış: 942 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]