Bazar günü, 2024-12-22, 10:24 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 23 » Gözdəymə, cinlərdən qoruyan sipər
9:19 PM
Gözdəymə, cinlərdən qoruyan sipər


"Məaric” surəsini oxumağın (xətm etməyin) fəzilət və mükafatı

İmam Sadiq (ə) buyurur: "Səələ sailun” ("Məaric”) surəsini çox oxuyun. Həqiqətən də, Allah-Təala bu surəni çox oxuyan şəxsi yol verdiyi günahlara görə qiyamət günü sorğuya çəkməz, ona behiştdə həzrət Məhəmməd (s) və ailəsi ilə birlikdə yer verər. ("Səvabul-əmal”, səh. 275, h.440)

"Huh” surəsini oxumağın (xətm etməyin) fəzilət və mükafatı

İmam Sadiq (ə) buyurur: "Allaha iman gətirib Onun kitabını oxuyan şəxs "ərsəlna nuhən ila qəvmihi” ("Nuh”) surasini tərk etməsin. Bu surəni vacib və müstəhəb namazlarında səmimi və səbrlə oxuyan şəxsə Böyük Allah yaxşıların mənzilində yer verər. Ona ehtiram olaraq behiştdən əlavə də nemətlər əta edilər...” ("Təfsiri-məcməul-bəyan”, c.10, səh.359)

"Cinn” surəsini oxumağın (xətm etməyin) fəzilət və mükafatı

İmam Sadiq (ə) buyurur: "Qul uhiyə iləyy” ("Cinn”) surəsini çox oxuyan şəxs dünya həyatında gözdəymə, sehr-cadu, cinlərin hiyləsindən amanda qalar, sonda həzrət Məhəmmədə (s) yoldaş olar. O deyər: "Ey Rəbbim, mən bu məqam və nemətlərin dəyişməsini, onların əldən çıxmasını istəmirəm.” ("Təfsiri-burhan”, c.4, səh. 390)

HaqqYolu üçün hazırladı: Miqdad Eyvazov
Mənbə: "Quran və Həyat”
 

haqyolu.com

 

Category: Diger me'lumatlar | Baxış: 866 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]