Bazar günü, 2024-12-22, 9:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » May » 17 » Fatimeyi Zəhranın (s.ə)şəhadəti
5:39 AM
Fatimeyi Zəhranın (s.ə)şəhadəti
 
Bu gun Peygember (s.e.s) en sevimli balasi FatimeyiZehrainin (e) shehadeti gunudur
 
17 May 2010-cu il. (Hicri- 1431-ci il) Cəmadius-sani 3-u Həzrət Fatimeyi Zəhranın (s.ə)şəhadəti.
«(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik! Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs! (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)» (Kovsər surəsi )
 
İki aləm xanımının həyatı.
 
Adı: Fatimə.
 Adın seçilmə səbəbi: Fatimə lüğətdə ayrılmış mənasınadır və bu adın seçilməsi bu səbəbdəndir ki, Fatimənin (ə) həqiqi ardıcılları cəhənnəm atəşindən qırılmış və ayrılmışlar.
 
Əsas ləqəbləri:
Zəhra, Siddiqə, Tahirə, Mübarəkə, Bətul, Raziyə, Mərziyə.
 
Ləqəblərinin seçilmə səbəbləri:
Zəhra parlaq mənasınadır və altıncı İmam Cəfər Sadiqdən (ə) belə nəql olunmuşdur ki, Peyğəmbçrin (s) qızı (ibadət üçün) mehrabda durduğu zaman onun nuru asiman əhli üçün parıldayırdı, göydə ulduzların yer əhlinə parıldaması kimi. Siddiqə ondan düzgünlükdən başqa bir şey baş verməməsi mənasınadır. Tahirə pak və pakizə, Mübarəkə xəbərdar və bərəkət, Bətul pislikdən kəsilmiş və uzaqlaşmış, Raziyə İlahi qəza və qədərə razı olmaq, Mərziyə isə yəni Allahın razı olduğu mənasınadır.
 
Günəşin doğulması:
Fatimə (ə) besətdən beş il sonra Cəmadüis-sani ayının 20-də Məkkədə dünyaya gəlmişdir. Dünyaya qədəm qoyduqda Allahın qüdrəti ilə dil açdı və dedi: «Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və atam Rəsulu və peyğəmbərlərin ağası, həyat yoldaşım vəsilərin sərvəri və övladlarım (iki övladım) Allahın haqq canişinidirlər»
 
Ata və anası:
Fatimənin (ə) atasının adı Muhəmməd ibn Əbdullah (s), İslamın əziz peyğəmbəri, İlahi peyğəmbərlərin sonuncusu və Allahın ən üstün məxluqudur. Anası Həzrət Xədicə (ə) Qureyş tayfasının şərafətli və tanınmış xanımlarından olmuşdur. Tarixçilər yazırlar ki, Allahın iradəsi Həzrət Fatimənin (ə) yaranmasına şamil olanda Peyğəmbərə (s) qırx gün hira dağında oruc tutub ibadət etmək tapşırıldı və Həzrət Xədicə (ə) də öz evində ibadətlə məşğul oldu.
 
O Həzrətin (ə) həyat yoldaşı və uşaqları:
Yaradılış aləmində Həzrət Fatimə (ə) ilə ailə qurmağa layiq olan yalnız Əli (ə) olmuşdur. Allahın əmri ilə bu iki nəfəri evləndirən Peyğəmbər (s) onlar haqqında belə dua etdi: «İlahi, bu iki nəfər mənim yanımda ən əziz insanlardır, Sən də onları sev və onların nəslini mübarək və bərəkətli et» Peyğəmbərin (s) bu duasının nəticəsində İmam Həsən (ə) (Şiələrin ikinci İmamı), İmam Hüseyn (ə) (Şiələrin üçüncü İmamı), Həzrət Zeynəb (ə), və Ümmü Gülsüm (ə) bu evliliyin bərəkətli səmərəsi kimi dünyaya gəldilər və sonrakı İmamların (ə) nəsli idə İmam Hüseynin (ə) övladlarının vasitəsi ilə davam etdi və beləliklə Kövsər surəsindəki buyurduğu kəlam sübuta yetdi.
 
Günəşin qürubu:
Peyğəmbər (s) dünyadan köçdükdən sonra Həzrət Fatimə (ə) öz əqidəsini müdafiə etmək yolunda və evinə hücum zamanı və ondan sonrakı hadisələrdə olan ağır zərbələr nəticəsində xəstələnərək yatağa düşdü. Və nəticədə Hicri 11-ci il Cəmadüs-sani ayının 3-ü ömründən 18-il keçməsinə baxmayaraq şəhid oldu.
 
Gizli məzar:
Bu gün uzun illər keçməsinə baxmayaraq iki dünya xanımının məzarı gizlidir və kim isə onun yerini bilmir. Müsəlmanlar, xüsusi ilə də şiələr Fatimənin (ə) nəslindən olan İmamların 11-ci övladı və ən böyük İlahi nicatverici İmam Zamının (ə.f) zühurunun intizarındadırlar ki, O anasının gizli məzarını dünya əhlinə aşkar etsin və dünyada olan zülm və ədalətsizliyə son qoysun.
 
Həzrət Fatimə (ə) Allah Rəsulunun (s) bədəninin bir parçası:
 Həzrət İmam Kazim (ə) ataları vasitəsi ilə İmam Əlidən (ə) belə rəvayət edir ki, bir gün kor bir kişi evə daxil olmaq icazəsi istədi. Bu zaman Fatimə (ə) qalxaraq çadrasını örtdü, bunu görən Peyğəmbər (s) buyurdu: «Niyə ondan örtünürsən, axı o səni görmür?» Fatimə (ə) buyurdu: «O məni görmür, amma mən onu görürəm, əgər o məni görmürsə də o mənim qoxumu hiss edir» Bu zaman Rəsulullah (s) buyurdu: «Şəhadət verirəm ki, sən mənim bədənimin bir parçasısan»
 
 Fatimənin (ə) nəzərində qonşunun əhəmiyyəti:
İmam Həsən Müctəba (ə) Fatimənin (ə) ibadəti və Yaradana ibadətin ən ali vaxtında xalqı özündən üstün tutmasını belə vəsf edir: «Anam Fatimənin (ə) Cümə gecəsi öz ibadət mehrabında davamlı olaraq səcdə və ruku etdiyini gördüm və mömin kişi və qadınlara dua etdiyini eşitdim. Onların adını çəkərək onlar üçün çoxlu dua edirdi, ancaq özü üçün heç dua etmirdi. Ona dedim: Ey ana! Niyə özün üçün başqalarına etdiyin kimi dua etmədin? Fatimə (ə) edi: Oğlum! Əvvəl qonşu, sonra ev»
 
Fatimə (ə) - ictimai qadın:
Fatimə (ə) ictimai işlərdə də fəal qadın olub. Peyğəmbərin (s) dünyadan köçdukdən sonra Fatimə (ə) ictimai, siyasi səhnələrdə iştirak edib. Lazım gələndə haqq naminə çalışır, insanları doğru yola çağırır, təsiredici çıxışlar edirdi. Fatimə (ə) hətta hücumlara, təhqirlərə belə məruz qalıb. O hər zaman ədalətin keşikçisi olub.
 
 Fatimə (ə) çox qısa bir ömür yaşadı. Lakin ölümündən sonra bu günə kimi onun adı tarixdə yaşayır və yaşayacaqdır da. Fatimə (ə) bütün dövrün qadınlarına öyrətdi ki. Qadın ictimai sahələrdə də fəal omalıdır.
 
 Həzrət Fatimədən (ə) bir hədis:
«Hər kim öz xalis ibadətini öz Rəbbinə sarı göndərsə Allah ən üstün məsləhətini ona sarı göndərər»

Category: Diger me'lumatlar | Baxış: 731 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]