Cümə axşamı, 2024-12-26, 4:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2009 » Sentyabr » 4 » Falçılar, cindarlar və problemlərin həlli
6:43 AM
Falçılar, cindarlar və problemlərin həlli
 Falçılar, cindarlar və problemlərin həlli
 
 
Sürəyya adlı bir qadın polis idarəsinə şikayət edərək, yazmışdı:
"Bir il bundan qabaq rəfirəmin məsləhəti ilə, ailədə ərimlə olan problemlərimizin həlli üçün filan falçı qadına müraciət etdim. O, qadın bir sıra baş gicəlləndirici sözlərlə mənim ruhumda təsir qoydu və falıma baxandan sonra isə məndən 100 manat aldı. Bir müddət keçdikdən sonra problemlərim öz həllini tapmadıkı heç, bəlkə bir azda çoxaldı və mən ruhi xəstəliyə və əsəbiliyə tutuldum. Buna görədə yenidən məlum falçının yanına getdim. O mənə dedi ki, sənin ruhi və cismi problemlərin vardır. Ola bilsin ki, səni sehirləyib və ya sənə bəd dua yazıblar. Bu problemlərin həlli üçün cinlərimlə əlaqə yaratmalıyam. Bunun üçün isə 400 manat pul verməlisən. Söz verirəm ki, gələn 2-3 ay ərzində sənin problemlərin həll olacaqdır.
Bu görüşdən sonra isə o, mənə zəng edib, müxtəlif bəhanələrlə məndən müxtəlif miqdarlarda pul aldı. Lakin bu işin üstündən bir il keçməsinə baxmayaraq mənim problemlərim öz həllini tapmamışdı. Bir də onda "yuxudan” ayıldım ki,  o bu minvalla məndən 1000 manatdan artıq pul alıb yemişdir. Başa düşdüm ki, o məni aldadır. Buna görə də bu gün bura gəldim ki, ondan şikayət edim”.
Bu şikayətdən dərhal sonra isə polis falçının yaxalanması üçün əməliyyat keçirtdi. Falçı qadın həbsə alınıb, istintaq zamanı günahlarına etiraf edti və daha sonra isə mühakimə üçün məhkəməyə göndərildi.
Qeyd:
" Heysəm ibni Vaqid deyir ki, İmam Sadiqə (ə) dedim: Bizim aramızda bir kişi vardır ki, bəzən oğurlanmış mallardan və buna oxşar şeylər barəsində (qeybdən) bizə xəbər verir. Biz belə işlərdə ona müraciət edə bilərikmi? 
O, həzrət (ə) cavabımda buyurdular: Allahın əziz və girami Peyğəmbəri (s) buyurmuşdur: "Hər kəs qeyb işlərindən ötrü (itmiş şeylər, sehr etdirmək, kimisə sehirlətdirmək, kiminsə sehrlənməyi barədə və ya əksini öyrənmək, bəxt bağlama və ya bəxt açma, taleyə baxdırmaq, qız ərə vermək və ya evdə saxlamaq üçün dua yazdırmaq, ərin dil-ağzını bağlatdırmaq və s...) kahin, sehrkar (falçı, cadugər) və ya hər hansı bir yalançının yanına gedib, onun sözlərini təsdiqləyərsə, Allah-taalanın göndərdiyi bütün səmavi kitabları inkar etmiş və kafir olmuşdur”.(Bəharul ənvar, 2 /səh. 308 /34-ci bab).
 
 
Category: Diger me'lumatlar | Baxış: 1343 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]