Bazar günü, 2024-12-22, 10:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 18 » Faciədən daha üstün
3:49 AM
Faciədən daha üstün
Peyğəmbər (s.ə.s) buyurmuşdur; "Kərbəla müsibəti möminlərin qəlbinə od salar və bu od Qiyamətə qədər sönmədən alovlanar".

 Kərbəla
Hicrətin 1431-ci ili, Məhərrəm ayı. Düz 1370 il bundan qabaq indiki İraq ərazisində yerləşən və Kərbəla adlanan məntəqədə Hüseyn ibn Əli (ə) azyaşlı tərəfdarları ilə birlikdə qətlə yetirilir, qadın, uşaq və xəstələr əsir götürülür. Bu günümüzədək tarixdə 15 mindən artıq böyük və kiçik müharibə və inqilablar baş vermişdir. Lakin Kərbəla faciəsi bir neçə baxımdan onların hamısından fərqlidir. Elə bu fərqlər də onun qəlblərə həkk olunmasına səbəb olmuşdur.

Qətlə yetirilən Hüseyn ibn Əli Hz. Muhəmmədin (s.ə.s) sevimli nəvəsi idi. Hüseyn ibn Əli həm də haqqında çoxsaylı ayələr nazil olan Əhli-bəyt nümayəndələrindən, eyni zamanda məsum İmamlardan biri idi.

Hüseyn ibn Əli (ə)  heç bir cinayət və günah iş görməmiş, sadəcə fitnə-fəsad üzərində idarə olunan hakimiyyətə qarşı müxtəlif mövqe tutmuşdur.

 Hüseyn ibn Əli (ə) və onun səhabələri o vaxta qədər və ondan sonra müşahidə olunmayan vəhşiliklə qətlə yetirilmişdi.

FƏDAKARLIQ MƏKTƏBİ
Kərbəla hadisəsindən sonra Hüseyn adlı müsəlman dünyasında fədakarlıq nişanəsinə çevrilir. Kərbəla faciəsindən sonra Əhli-Bəytin sinəsinə layiq olmayan rəvayətlər uydurulsa da, İmam Hüseynin (ə) qiyamı hakimiyyət uğrunda mübarizə kimi qələmə verilsə də, bir nəticəsi olmadı. Həqiqət öz yerini tutdu. Kərbəla hadisəsi müsəlman ümmütinin şəhadət və zülmlə mübarizə məktəbinə çevrildi. Kərbəla məktəbində ilham alan müsəlmanlar indi də zülm və haqsızlığa qarşı mübarizə aparır və " Ya Hüseyn!"-şüarı ilə şəhadət şərbətini içməkdən həzz alırlar.

 MÜSƏLMAN YOXSA KAFİR?
 Kərbəla faciəsində ilk dəfə olaraq qadınların namusuna təcavüz olunmuş və İslam tarixində ilk dəfə olaraq qadınlar əsir görürülmüşdür. Məhz bu səbəblər üzündən məhzəbində asılı olmayaraq  Kərbəla faciəsi müsəlman ümmətinin hafizəsinə həkk olunmuşdur. Daha dəqiq desək, Kərbəla faciəsi nə unudulur, nə də unutdurur.  İslam tarixində elə bir hadisə yoxdur ki, Kərbəla faciəsi kimi anılıb hər il kütləvi şəkildə qeyd olunsun. Kərbəla hadisəsi qəlblərdə yaşamaqla yanaşı, müsəlmanların adət-ənənəsində də təzahür edir. Məhərrəm ayında halva bişirilir, ehsanlar paylanır və xeyirxah mərasimləri təşkil olunur. Müsəlmanlar Kərbəla faciəsini hər an ailələrdə anmaq üçün uşaqların adlarını Hüseyn, Əliəkbər, Əbülfəz,  Zeynəb qoyurlar.


HÜSEYNİN DAVAMÇISI
Bir vaxtlar Hindistanın Milli Azadlıq Hərəkatına rəhbərlik edən Cəvahirəl Nehru öz xalqına müraciət edərək deyir:" Əgər azad yaşamaq və azad ölmək istəyirsinizsə, müsəlmanların imamı Hüseynin (ə) yolunu davam etdirin".





Category: Diger me'lumatlar | Baxış: 852 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]