Bazar günü, 2024-12-22, 10:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 11 » EY "AZAD QADIN" HEYKƏLİ...
0:11 AM
EY "AZAD QADIN" HEYKƏLİ...
EY "AZAD QADIN" HEYKƏLİ...


Ey, "azad qadın” heykəli. Hər dəfə səni gördüyümdə sənə sənin özündən şikayət etmək istəyirəm. Amma təəssüflər olsun ki, cansız bir varlıqsan. Həm də cansız olduğun kimi özün də sanki qara və soyuq bir daşsan. Çünki sənin bünövrəni qoyan materialist əqidəli bolşeviklər olub. Bir zamanlar kommunist rejimin dağıldığı ilk illərdə mən də bir çoxları kimi sənin heykəlinin bolşeviklərin mirası kimi şəhərimizın mərkəzindən götürüləcəyinə ümüd edirdim. Amma sonradan göründüyü kimi bəzi bolşevik təfəkkürlü məmürlardan sənə rəğbət bəsləyənləri az deyilmiş. Buna görə də səndən ayrılmağı hec düşünmürlər. Sovet dönəmində sənin heykəlini azad Azərbaycan qadınının rəmzi kimi burada ucaltdılar. Namuslu, iffətli Azərbaycan qadınının öz milli və mənəvi simvolu olan baş örtüyünü atmaqla azadlığa qovuşan bir qadın kimi uzun illər burda durdun. Bəlkə də indi də ona gorə bəziləri ancaq hicabı, baş örtüyünü qadın azadlığının, hüquququn pozulması kimi anlayır. Xeyr, əlbəttə də bu sənin təqsirin deyil. Təqsir sənin heykəkinin düzəlməsinə göstəriş verən məmurda, sonra heykəli düzəldən heykəltaraşdadır. Sonra sənin heykəlini burda ucaldan fəhlələrdədir. Onsuz da hər kəs layiqli əvəzini əvvəl-axır alacaq. Bilirsən nəyə gorə? Çünki biz hicablı qızlarımızın məktəblərə buraxılmamasından üzülürük. Orta məktəblərdə isə azərbaycanlı qızlarımızın milli-mənəvi dəyərlərimizə uyğun geyinməməsini də istəmirik. Mən də başqaları kimi istəmirəm ki, kimisə zorla başörtüyü bağlatsınlar. Amma qarşılıqlı olaraq heç kimin də zorla baş örtüyünü açmaq hüququ da heç kimə verilməyib. Sonra da hicabı müdafiə edənləri həbs edib, cinayətkar da adlandırırlar.

Ey "azad qadın”, bu hələ harasıdır. Son bir neçə ildə sənin durduğun küçədən başlayaraq gecələr əxlaqsızlıq baş alıb gedir. Şəhərimizin mərkəzində fəaliyyət göstərən gecə barları, əxalaqsızlıq yuvalarının isə sayı-hesabı yoxdur. Bu da sənin heykəlinin gördüyü işin məntiqi sonluğu. İndi bundan sonra hec bilmirəm sənə necə "azad qadın” deyim. Amma onu bilirəm ki, sən və sənin havadarların sovet dövründən indiyə kimi xalqımzı dinindən, miilli-mənəvi dəyərlrindən ayıra bilmədilər.

İnşaallah o gün gələcək ki, sənin yerində xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərini tərənnüm edən bir abidə ucalacaq. 

Abdullah Həqir,

/Deyerler.org/
Category: Diger me'lumatlar | Baxış: 885 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]