Bazar günü, 2024-12-22, 1:27 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyul » 2 » Evtanizasiya
9:17 AM
Evtanizasiya
Evtanizasiya
(Aktion T4, "T4 əməliyyatı")

"Mərhəmətli qətl" - belə bir evfimistik termin ilk dəfə alman nasistləri tərəfindən istifadə olunmağa başlayır. Ali irq planını həyata keçirmək istəyən alman faşizmi ilk dəfə olaraq "T4 Əməliyyatı" əlillər, ruhi xəstələr və yaşlılar üzərində keçirməyə başlayır. Onlar cəmiyyətdəki "İrqi təmizliyi" hələ 1930-cu ildən başlayırlar. 1939-cu ilin sonlarında Adolf Hitler Kral Brandf və Filipp Brouler adlı həkimlər "Evtanaziya" proqlamını həyata keçirmək üçün rəhbər təyin edir. 1940-cı ildə artıq Hranfek, Brandenburq, Hatheym və Zonnoşteyndə bu sahədə fəaliyyət göstərən dörd mərkəz var idi. Təsis olunan mərkəzlərə əsasən xroniki xəstələr, homoseksuallar, ruhi xəstələr, konslagerlərdə saxlanılan əsrlər, hətta xəstə alman əsgərləri gətirilirdi. İrqi təmizliyə məhkum olunan şəxslər ya güllələnər, ya da qaz kabinalarında zəhərlənər ya da xüsusi infeksian iynələrlə öldürülərdilər. 1940-cı ilin sonuna qədər dörd mərkəzdə 27000 alman qətlə yetirilir. 1941-ci ilin avqustunda isə bu rəqəm artıq 35000-ə çatırdı. Həmin ilin ortalarında ictimai təzyiqlər və keşiş Klemenso Qlemenin avqustun 3-də Münhendəki çıxışı nəticəsində "Evtanaziya" proqramına son qoyulur. Lakin buna baxmayaraq nasistlər gizlində də olsa, İninci  dünya müharibəsinin sonuna qədər "Evtanaziya" proqramını həyata keçirdilər. Bu illər ərzində Almaniyada 200000-275000 insanın həyatına son qoyulur. İndinin özündə də "Evtanaziya" tam fərqli üsullarla olsa da Avropanın bir sıra inkişaf etmiş ölkələrində həyata keçirilir.


Category: Diger me'lumatlar | Baxış: 981 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]