Bazar günü, 2024-12-22, 9:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 10 » Eşq, yoxsa əql?
5:13 AM
Eşq, yoxsa əql?


Filosoflar insanın zat və cövhərini onun əqli olduğunu bildirir, ondan başqa bütün şeyləri insanın zatından xaric və vasitə hesab edirlər. Amma ariflər əql və təfəkkürü nəinki insanın «mən»i hesab etmir, hətta onları bir alət – özü də çox mötəbər olmayan bir alət – hesab edirlər. Filosofların əql adlandırdığını ariflər qəlb hesab edirlər. 
Əql düşüncə mərkəzi, qəlb duyğu və istək mərkəzidir. 
Əlbəttə ki, arifin dediyi eşq, bizim dünyəvi eşqlərindən çox fərqlidir. Arifin eşqi insanda yaranaraq Allaha çatan eşqdir. Arifin dediyi eşq ancaq insana aid deyildir. Onların fikrincə bu eşq bütün varlıqlarda mövcuddur.
Arifin fikrincə eşq dəryadır, yer, göy və bütün təbiət aləmi onun üzərində olan köpük misalındadır. İmam Səccad (ə) Allaha həmd-səna etdikdən sonra belə buyurur: «Allah əvvəlcə dünyanı yoxluqdan yaratdı, sonra onları məhəbbət ilə vücuda gətirdi.» 
Arifin fikrincə, insanın mahiyyəti, həqiqəti filosofun dediyi kimi fikir deyil, onun qəlbdir. Qəlbdə də məqsəd ilahi eşq mərkəzidir. Deməli, əql məktəbi ilə eşq məktəbi arasındakı fərqlərdən biri insanın «mən»i məsələsidir. İnsanın «mən»i onun düşüncə mərkəzidir, yoxsa eşq bəslədiyi yer? 
Filosofun fikrincə, kamil insan məqamına çatmaq istəyən şəxs məntiq, deduksiya, müqayisə, təfəkkür və məntiqi dəlillərlə çatmalıdır. Amma arif deyir ki, məsələ elm, savad, söz-söhbət, məntiq, müqəddimə, deduksiyada deyil.
esbid həm çun bərf nist. 
Filosof deyir ki, fikirləş, dərs oxu, müəllim yanına get, amma arif deyir ki, nəfsini təmizləyərək pak və saf et, çirkin, rəzil əxlaq və davranışı özündən uzaqlaşdır, bacardıqca haqdan başqa şeylərə olan diqqətini özündən kənar et və haqqa diqqəti gücləndir, 

al-shia
 haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 950 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]