Bazar günü, 2024-12-22, 10:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 25 » Elm və mərifət
6:22 AM
Elm və mərifət
Elm və mərifət


Həqiqətən Allah-Taala bizə təfəkkür, idrak qüvvəsi verib, əql bəxş etdiyinə görə, bizə əmr etmişdir ki, Onun xəlq etdiyi mövcudat barəsində fikirləşək, şüurumuzu işə salıb dərindən təfəkkür edək, hikmətində, kainatdakı nişanələrində dərindən düşünüb, onun kainatda (afaq) və insanın daxili aləmində (ənfüs) təfəkkür edək. 
Belə ki, Allah-Taala buyurur:
Biz afaq və ənfüsdə (kainat və insanın mürəkkəb quruluşunda) olan ayələrimizi (əlamət, nişanə, möcüzə) onlara göstərəcəyik ki, Onun haqq olması onlar üçün aydın olsun.

Başqa bir yerdə, ata-babaların yanlış və batil adət-ənənələrinə kor-koranə, qeyri-aqilanə təqlid etməyi məzəmmət etmişdir:
Onlara deyiləndə ki, Allahın nazil etdiyinə tabe olun, "Yox! Biz ata-babalarımızın getdiyi yolla gedəcəyik", deyə cavab verirlər. Onların ata-babaları bir şey düşünməyib və hidayət yolunu tapmamış olsalar da (onlara tabe olacaqlarmı)?! 
Bunun kimi öz gümanları əsasında əməl edib haqqa tabe olmayanları da məzəmmət edir:
(Yolunu azanlar və müşriklər) Zənn və gümandan başqa bir şeyə tabe olmurlar. 

Həqiqətdə isə, bizim etiqadımız budur ki, əqlimiz xilqətdə təfəkkür edib kainatın Xaliqini tanımağı,Onun barəsində mərifət kəsb etməyi bizə öz əqlimiz, nübüvvət iddiası edən şəxs və onun möcüzəsi barədə təfəkkür etməyi vacib etdiyi kimi zəruri edir və bu barədə əqlimizdən başqa heç kimə təqlid etməyi–şəxsin məqam və mənziləti nə qədər böyük olsa da belə–səhih hesab etmir.

Çoxlu Quran ayələrində insanın təfəkkür, elm və mərifətə təşviq etdirilməsi həqiqətdə əql sahiblərinin müvafiq olduqları ideya və fikir azadlığını, müstəqilliyi bəyan edir. Həqiqətdə Quran bizim ruhumuzu qeyd olunan həqiqətlərlə agah olmaq, onlar barədə təfəkkür etmək üçün mərifət və təfəkkür istedadını hərkətə gətirir, insan zəkasını ayıldıb çiçəkləndirməklə onu, əqlin fitri tələbinə cəlb edir. Belə olan halda insanın etiqadi məsələlər qarşısında laqeyd qalması, onlara əhəmiyyət verməməsi və özünə bir yol seçməməsi, kiminsə dediklərini təqlid üzündən qəbul edib ona arxalanması səhih deyil. Əksinə, Quran ayələrinin təsdiqlədiyi əqli fitrətin tələbinə əsasən, hər insana vacibdir ki, üsulid-din adlanan etiqad əslləri barədə təhqiqat aparsın, dərindən düşünsün. 
Bu üsulların ən mühümü tovhid, nübüvvət, İmamət və məaddan ibarətdir.
Hər kəs bu kimi etiqad üsullarında ata-babalarına, yaxud başqa şəxslərə təqlid etsə, hökmən səhvə düçar olub haqq yoldan uzaqlaşar, inhirafa yuvarlanar və heç vaxt üzrlü sayılmaz.
Bu barədə əsas etiqadımız iki mətləbdən ibarətdir:
1-Etiqad üsulları barəsində mərifət kəsb etməyin vacibliyi; belə ki, bu barədə başqalarına təqlid etmək caiz deyildir.
2-Qeyd olunan vacib, şərən vacib kimi qəbul edilməzdən öncə əqlin hökmü ilə olan vacibdir.
Yəni rəvayətlərin əqli dəlilləri təsdiqləməsinə baxmayaraq, etiqad üsullarında mərifət və baxış dini rəvayətlərə əsaslanmamalıdır.

Əqlən etiqad üsulları barədə mərifət kəsb etməyin vacibliyi dedikdə əqlin bu üsullarda mərifətin, agahlığın zəruriliyini, onlar barədə təfəkkürün vacib olduğunu dərk etməsi nəzərdə tutulur.

 islam-azeri.az

Category: Exlaq | Baxış: 894 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]