Bazar günü, 2024-12-22, 2:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 25 » Ehtiyatlı ol, ey iman yolçusu!
4:40 AM
Ehtiyatlı ol, ey iman yolçusu!


Qurani-kərimdə oxuyuruq: Allah ona (Şeytana) lənət etdi (rəhmətindən kənar edib dərgahından qovdu). O isə dedi: "Əlbəttə, mən Sənin bəndələrindən müəyyən bir qismini ələ alacağam”.(4/118) 
Mübarək Ramazan ayında zəncirlənmiş şeytan ay sona yetdikcə yerində vurnuxur, bir ay nəfsi ilə mübarizə aparıb savab qazanmış insanların əlindəkini geri qaytarmaq, günaha çevirmək həvəsi ilə gözləyir. İnsan Allahı razı salacaq çətin bir əməldən sonra adətən dayanıb nəfəs dərir. Bu nəfəs dərən anda bir an mürgüləsə şeytan üçün fürsət yaranır. Məlun, bir ayın zəhmətini bir anda puça çıxarmaq üçün meydana girir. İnsanı qeybətə, böhtana, harama, nifaqa çəkməklə onun min zəhmətlə qazanılmış əməllərini yandırır.
Ehtiyatlı ol, ey iman yolçusu! Mübarək Ramazan sona yetməkdədir. Oğru varlı evə göz dikir. Ötən bir ayda əldə etdiyin savab qazancın üçün təhlükə yaranıb. Şeytan orucluq savablarını puça çıxarmaq üçün addım-addım ardınca gəlir. Onun arzularını gözündə qoy. Ramazan boyu sübh namazını vaxtında qıldığın, iftar süfrəsinə dua ilə oturduğun kimi qal. Bu işdə Allahdan yardım dilə.
 

haqyolu.com

 

Category: Diger me'lumatlar | Baxış: 1031 | Added by: Ənfal | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]