Bazar günü, 2024-12-22, 11:36 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 2 » Dünya qəmindən necə azad olaq? ”
9:36 PM
Dünya qəmindən necə azad olaq? ”


Bir şəxs Ayətullah Behcətdən (r) soruşur: "İnsan nə etməlidir ki, qane olsun, dünya qəmi çəkməsin?”
Mərhum Behcət cavab verir: "İnsan özündən aşağılara baxıb "əlhəmdulillah” desə, bu şükranlıq özü insanı qane edir. İnsan şükür etməklə yoxsulluqdan qurtarır.” 
Bir zümrə mömin təvəkkül etməyi özünə ruzi bilir. Belələri həqiqətən də, varlıdırlar. Təvəkkül edən şəxsin ruzisi ayrılıb. Ruzi yetməsə aydın olur ki, belə məsləhət imiş. 
Maddi imkan insanın rahat yaşayışı üçün bir müqəddimədir. Təvəkkül edən insan isə dünya malı olmadan da rahat yaşaya bilir. 
Bir şəxs Ayətullah Behcətdən soruşur: "Təsbehlə istixarə düzgündürmü, bu da Quranla istixarə kimi etibarlıdır?” Arif alim cavab verir: "İstixarə qeyb aləmi ilıə rabitədir və təkcə Qurana aid deyil, təsbehlə də mümkündür.”

Tebyan.net

haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 1058 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]