Bazar günü, 2024-12-22, 5:58 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 12 » Duanın növləri
9:47 PM
Duanın növləri
Duanın növləri
Qulun Allaha əl açaraq ehtiyaclarını istəməsi istək duasındandır.
Dua iki növ olur. İstək duası və ibadət duası.

Qulun Allaha əl açaraq ehtiyaclarını istəməsi istək duasındandır.

Namaz, oruc, sədəqə, qurban kəsmək və digər ibadətlər isə ibadət duasındandır.

Oruc tutan, sədəqə verən, namaz qılan insan öz əməli ilə Allahdan istədiyi üçün bu növ dualara ibadət duası deyilir.

İbadət duasını heç bir şəkildə Allahdan qeyrisinə yönəltmək olmaz. 

İstək duasını da Allahdan qeyrisindən istəmək olmaz. Lakin dörd şərt istisna olmaqla.

1. Diri olmalı. 

Yəni ölüdən istəmək olmaz.

2. Qadir olmalı. 

Yəni yağış, şəfa vermək kimi istəkləri yerinə yetirməyə yalnız Allah qadir olduğu üçün bu növ istəkləri yaradandan qeyrisindən istəmək şirk, böyük günah sayılır.

3. Eşitməli. 

Yəni diri olmalı və eşitməlidir. Yanında olmayıb hansısa məsafədə səndən uzaqdadırsa onu da çağırıb ondan yardım istəmək şirk sayılır.

4. Hazır olmalı. 

Yəni qeybdə olmamalıdır. Məsələn, cinlər, mələklər və ya ölmüş birisindən istəmək bu şərtə ziddir.

Beləliklə biz artıq bildik ki, dua iki növ olur. Unutmayaq ki, müqəddəs kitabımız Qurani-Kərimdə rastlaşdığımız dua sözlərində hər iki dua növü qəsd olunur.

Dua əzəmətli ibadətlərdən biridir. Bu fikri Allah Rəsulundan rəvayət olunan "Dua ibadətdir” hədisi də təsdiq edir. 

Rəbbimiz buyurub: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Ğafir 40,60)

Bu ayədə Allah duanı ibadət adlandırdı.

Əgər bir şeyin ibadət olması isbat oldusa onu Allahdan qeyrisinə yönəltmək şirk sayılır.

Dua əzəmətli ibadətdir və içərisinə dinimizin əsas təməl prinsipi olan tövhidin üç qismini də alır.

Rububiyyə, uluhiyyə, ad və sifətlər.

Ümumi olaraq duanı saleh əməllərin qarşısında, ortasında və ondan sonra da ifadə etmək olar.

Allah-Təalə buyurur:

Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. 

Və belə deyərlər: "Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! (Furqan 64-65)

Həmçinin Xəlilullah İbrahim əleyhissəlam oğlu İsmayillə bərabər Kəbənin əsaslarını yenidən qurduqları zaman belə dua edirdilər.

Onu da yadına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları zaman: "Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər. (əl-Bəqərə 127)

Bütün yaranış, cinlər və insanlar bir yerə yığılb Allahdan bütün ehtiyaclarını istəsələr Allah onların istəklərinin qarşılığını versə bu Onun dərgahından bir iynənin dənizə batırılıb çıxarıldığı zaman dənizdən nə azaldarsa, yaradanın da dərgahından o qədər azaldar.

Elə isə daim əsirgəməyən Allahdan istəmək əvəzinə nəyə görə özü möhtac və istəyən olan adəm övladından istənilməlidir.

Əziz müsəlmanlar! Daim Allaha dua edin, bütün ehtiyaclarınızı Ondan istəyin.
azadxeber

Category: Diger me'lumatlar | Baxış: 854 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]