Bazar günü, 2024-12-22, 9:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 15 » Dövlətdə dəvə
2:28 PM
Dövlətdə dəvə
Dövlətdə dəvə
    Qurani-Kərimdə bir çox heyvanların adına rast gəlinsə də, yalnız dəvənin yaradılışına işarə olunur ki, bu da bizə bunun üzərindən etinasız ötüb keçməyə imkan vermir.
   Gəlin dəvəyə verilən adın özündən başlayaq. "Cəməl" - ərəb dilində "gözəl" mənasını verir ki, Qurani-Kərimdə bu ada dəfələrlə rast gəlmək olur. Quru iqlimdə yaşayan dəvələr minimum şəraitə tab gətirə və susuz qala bilirlər. Cəməl adı ilə yanaşı, Quranda dəvə üçün "ibl, bəhimə, naqə" kimi kəlmələrdən də istifadə olunmuşdur ki, hər birinin özünəməxsus istifadə yerləri vardır. Kürəklərindəki piy ehtiyatı qida ehtiyaclarını təmin etməklə yanaşı, bədən temperaturlarının yuxarı qalxmamasını da təmin edir. Dəvələrin uzun müddət susuz qala bilməsi eritrositlərinin özünəməxsuz qruluşa malik olmasından irəli gəlir. Belə ki, dəvə məməlilər arasında yumurtavari (oval) eritrositlərə (qırmızı qan hücüylələri) malik yeganə heyvandır. Dəvələr uzun müddət susuz qaldıqdan sonra onların qırmızı qan hücüyrələri süzülə bilir. İnsanda belə bir proses getmir və onun qan hücüyrələri bir-biri ilə toqquşur. Bədən temperaturu gündüzlər34, axşamlar isə 41 dərəcə olur. Temperaturları 41 dərəcəyə qalxmayanda dəvələr tərləmir.
    Yorulub istirahət etmək üçün uzandıqda özləri qarlxmayana qədər onları durğuzmaq qeyri-mümkündür.
    Dəvələr bir dəfəyə 200 litr su içə bilir.
    Dəvələr ayaqlarını dörd istiqamətinə hərəkət etdirə bilirlər.
    Digər məməlilərdən fərli olaraq dəvələr susuzluqdan bədən mayesinin 25%-ni itirə, lakin buna baxmayaraq həyatlarına davam edə bilirlər. Digər məməlilərdə isə bu göstərioci yalnız 15%-lə məhdudlaşır.
    İnək və keçilər kimi, dəvələr də yedikləri qidanı yenidən gövşəyirlər. 
   Dəvənin gözü qeyri-adi quruluş və xüsusiyyətə malikdir. Küləkli səhrada hərəkət edərkən göz qapaqlarını yumsalar da, qarşılarına çıxdıqlarını görə bilirlər. Buna onlar qoruyucu göz qapağı sayəsində nail olurlar. Susuzluğa uzun müddət dözən dəvələr su ehtiyatlarını yedikləri otlardan götürə bilirlər. Bədənlərini örtən tüklər onları səhranın həm qızmaq istisindən, həm də küləkli soyuğundan qoruyur.
    Onlar qəzəbləndikləri zaman mədələrindən çəkdikləri köpüklü və pisqoxulu mayeni tüpürə bilirlər.
    Dəvənin nəcisi o qədər quru olur ki, ondan hətta odun  kimi də istifadə etmək olur. Sidiyi isə şirə kimi qatıdır.
    Qədim zamanlarda müsəlman dövlətlərində dəvə yükü ölçü vahidi kimi istifadə olunardı. Hərçənd bu ölçü vahidləri bir-birindən kəskin şəkildə fərqlənərdi.
    Bədəvi ərəblər səfər zamanı tufana düşdükdə dəvələrini yatırdar və tufan yatana qədər özləri dəvənin yanında yerə uzanardılar.
    Dəvə tüpürə bilən yeganə məməlidir.
    Çelyabinskin iset əyalətinin və Eriteriya dövlətinin dövlət gerbləri üzərində dəvə şəkli vurulmuşdur.
   Özünəməxsus dodaq quruluşu dəvələrə ən möhkəm tikanları belə yeməyə imkan verir.
    Əsasən Orta Asiyada yaşayan ikihörgüclü dəvələrə "baktirian", Afrika və Ərəbistan yarımadasında yaşayan birhörgülü dəvələrə isə "dromader" deyilir.
    Fırtınalı səhra ilə hərəkət edən dəvələrə burun dəliklərini bağlayıb rahatlıqla yollarına davam edə bilirlər. Belə ki, burun dəliklərində saxlanılan buxar maye kimi bədənlərinə qayıdır və bu da orqanizmin tələbatını təmin edir.
   


Category: Diger me'lumatlar | Baxış: 1531 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]