Bazar günü, 2024-12-22, 8:47 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Oktyabr » 7 » DOST VӘ YOLDAŞ
8:13 AM
DOST VӘ YOLDAŞ
DOST VӘ YOLDAŞ

Hər bir insan yaşadığı cəmiyyətdə təbii olaraq, kimlərləsə dostluq edir, gediş-gəliş əlaqələri yaradır və səmimi münasibətlər bərqərar edir. O, əlaqə yaratdığı şəxslərlə fikir mübadiləsi edir, qarşılaşdığı çətinliklərdə onlarla məsləhətləşir, özünün və onların ehtiyaclarının aradan qaldırılmasında müxtəlif tədbirlərə əl atır. Nəhayət onlara lazımı köməklik göstərir.
İslam dininin dostluq əlaqələrinin bərqərar olunmasına və dostlar arasında səmimiyyətin güclənməsinə böyük əhəmiyyət vediyi haqda əvvəlki dərslərimizdə söhbət açdıq. Qurani-Kərimin bir çox ayələrində və Әhli-beyt (ə)-dan nəql olunmuş hədis və rəvayətlərdə dəfələrlə bu mətləbə toxunulmuş və bu haqda dəyərli məsləhətlər verilmişdir.
Әli (ə) bu haqda buyurur:
Dostu, sirdaşı olmayan kəslər heç nə əldə etməmişlər.(Ğurərul hikəm, 5-ci cild, 363-cü səh. )
«Dostlar müxtəlif bədənlərdə vahid ruhdurlar».(Ğurərul hikəm, 2-ci cild, 123-cü səh. )
Lakin islam, dostluğa ləyaqəti olmayan şəxslərlə dostluq etməyi məsləhət görmür. Yaxın dost insana yaxın qohumlardan daha yaxın olduqda təbii ki, ona başqalarından daha çox təsir göstərəcəkdir.
Peyğəmbər (s) buyurur:
İnsan, dostunun dinində olur. Elə isə kiminlə dostluq etdiyinizə diqqət yetirin. Yəni, insan dostluq etdiyi şəxsin təsiri altına düşür. Bəzən onun müsbət xüsusiyyətlərindən bəhrələnir, bəzən də mənfi xüsusiyyətlərindən zərər çəkir.(Biharul-ənvar, 72-ci cild, 14-cü fəsil, 12-ci hədis. )
İnsanları dostluq etdiyi şəxslərlə tanıyın. Çünki hər bir şəxs xoşuna gəldiyi kəslərlə dostluq edər.(Mustədrək, 8-ci cild, 10-cu fəsil, 327-ci səh. 9568-ci rəvayət. )
Әli (ə) buyurur:
Hər bir adam öz səviyyəsində olan şəxslərə doğru meyl edir».(Ğurərul hikəm, 4-cü cild, 532-ci hissə. )
Әli (ə) buyurur:
Yaxşı insanlarla yalnız özləri kimi əməli-saleh şəxslər, fasiq və nadanlarla da günahdan çəkinməyən kəslər dostluq edər.(Ğurərul hikəm, 6-cı cild, 376-cı səh. )
Nəql olunmuş rəvayətlərin məzmunundan belə bir nəticəyə gəlmək olur ki, hər bir insan özünə dost və yoldaş seçdiyi zaman hər şeydən əvvəl onun kimliyinə və xüsusiyyətlərinə diqqət yetirməlidir.


Category: Exlaq | Baxış: 1008 | Added by: Ənfal | Rating: 3.7/3
Total comments: 2
0  
2 GADİR   (2013-11-30 9:33 AM) [Daxil et]
ALLAH RAZI OLSUN. 
PEYQƏMBƏRİMİZ (s,ə.s) buyurub;
.....DOSTLUĞA HELƏ İNSAN SEÇİN Kİ SİZƏ ALLAHİ XATİRLADSİN ....
.

0  
1 Günahkar-Bəndə   (2013-11-29 1:18 PM) [Daxil et]
Ənfal ..............umumiyyetle sizin meqaleleri cox diqqetle oxuyuram

duzdu eziyyet cekenler coxdu meqale yerlewdiribler.....olarida oxuyuram.......amma 

Ənfal .....meqale dunyasinin delisiyem....oxuduqca oxuyuram

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]