Bazar günü, 2024-12-22, 9:58 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 4 » Doğruya çatmaq
12:02 PM
Doğruya çatmaq
 
Doğruya çatmaq
 
Hər insan kimi sizin də içinizdə həm vicdan, həm də nəfs var. Siz də qarşılaşdığınız hər hadisədə vicdanınızın və nəfsinizin səsini eşidirsiniz. Əgər Allahı razı etmək, doğruya çatmaq istəyirsinizsə heç vaxt vicdanınızın səsini eşitməzlikdən gəlməyin.

İnsan öz içindəki səsləri bir-birinə qarışdırmaqdan, hansının doğrunu, hansının səhv olduğunu anlaya bilməməkdən narahatlıq çəkə bilər. Amma bilmək lazımdır ki, vicdan doğrunu gördüyündə bir an belə tərəddüd etməz, heç bir zaman insanı qərarsızlıq içində buraxmaz və doğrunu o an söyləyər. Ancaq vicdanın bu səsinin dərhal sonrasında nəfs dövrəyə girər və vicdanın söylədiyini adama etdirməmək üçün çoxlu bəhanələr uydurar. Yəni insanın bir hadisə qarşısında eşitdiyi ilk səs vicdanının səsidir. Arxasından gələn bütün bəhanələr və mənfiliklər isə nəfsdən qaynaqlanır. Allah rizası üçün, sizi ən gözələ çağıran o ilk səsin vicdanınıza aid olduğunu anlamazlıqdan gəlməyin. Əgər adam vicdanını səsini dinləməzsə, bir müddət sonra nəfsinin əsiri olar və hər cür pis işə meyl edər. Bu, tamamilə öz seçimi olduğundan o andakı imtahandan da kəsilə bilər, nəfsinin istəkləri və qüruru səbəbindən sonsuza qədər cəhənnəmdə yaşamağa məhkum ola bilər. Çünki insan Allaha qulluq etməklə məsuliyyət daşıyır. Bu qulluq, ancaq vicdanın səsini dinləməklə mümkündür. Onu dinləməyənlərin sonunu Allah, yuxarıda qeyd etdiyimiz nəfslə əlaqədar ayələrin davamında "ziyana uğrayan” olaraq xarakterizə etmişdir:
"Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms Surəsi, 9-10)

 
Category: Exlaq | Baxış: 997 | Added by: Fussilət | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]