Cümə axşamı, 2024-11-21, 12:40 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 2 » «Dini olmayanın həyası yoxdur»
11:47 AM
«Dini olmayanın həyası yoxdur»
«Dini olmayanın həyası yoxdur»

İmam Sadiq (ə) buyurur: «Allahın yalnız insanlar üçün müəyyənləşdirdiyi və heyvanların məhrum olduğu xüsusiyyət həyadır».

Həya məfhumu xəcalət məfhumundan tamamilə fərqlənir. Xəcalət insanın fəaliyyət dairəsini kiçildir, onun üçün problemlər yaradır. Əsl həya isə eyibli bir iş görən insanın keçirdiyi haldır. Həya yalnız öz şəxsiyyətini qiymətləndirən insanlarda olur. Onlar kiçik bir nöqsana yol verdikdə öz şəxsiyyətlərini itirməkdən qorxurlar.

İkinci bir tərəfdən, həya əxlaqi bir sifət olaraq yaxşını pisdən ayırır. Qeyd etdik ki, ifrat və təfrit pis, etidal (orta hədd) isə yaxşıdır. Bəzən insan yaxşı bir işi eyib hesab edir. Müəllimə sual vermək istəyən tələbəni nəzərinizdə canlandırın. Onun qəlbi titrəyir, rəngi ağarır. Nə üçün bu hala düşdüyünü soruşsanız, deyər ki, xəcalət çəkirəm. Ona görə də belə bir məsəl məşhurdur: «Bilməmək eyib deyil, soruşmamaq eyibdir». Çoxları cəmiyyət içərisində qüsurlu görünər deyə danışmır.

Hərtərəfli bacarıq üçün məşq və təkrara ehtiyac vardır. İnsan özünə təlqin edə bilər ki, mən kütlə içərisində danışa bilər və sadə danışıq üsulu seçməklə müvəffəq ola bilərəm. Qəti şəkildə deyə bilərik ki, uyğun hallarda xəcalət çəkib susmaq pisdir. Belə xəcalət insanı təkmül yolundan saxlayır. Axı sual verməyən tələbə nə öyrənə bilər?

İnsan «bilmirəm» deməyi də bacarmalıdır. Əgər bunu bacarmırsa daha böyük nöqsanlara yol verərək yalan danışıb camaatı azdıra bilər. Yersiz xəcalətə görə kütləni azdıranlar bütün kütlənin günahına şərikdirlər.

İmam Sadiq (ə) buyurur: «Sizə verilmiş sualın cavabını bilmirsinizsə, deyin ki, bilmirəm!» Mərhum Əllamə Təbatəbai öz tələbələrinə «bilmirəm» deməyi öyrədən böyük ustadlardandır.

Demək, utancaqlıqdan vacib şəri məsələni öyrənməmək, «bilmirəm» deməkdən utanaraq yanlış cavab vermək olduqca pis əxlaqi sifətlərdəndir.

Diqqət edin, əgər insanın öz eybini gizlətməsi onun özü və cəmiyyət üçün zərərli olmazsa daha yaxşı olar ki, bu eyib gizli qalsın. Məsələn, illərcə qabaq çirkin işə yol vermiş adam bu işi xatırlayanda xəcalət çəkir. Başqalarının ona bu işi xatırlatması yol verilməzdir. 

Sual oluna bilər ki, insan yalnız insandan, yoxsa Allahdan da həya etməlidir? Əvvəla, müəyyən olmalıdır ki, görülən iş nə dərəcədə çirkindir? İkincisi, insan gördüyü çirkin işə nə dərəcədə diqqətli olub? Bu çirkin iş kimin qarşısında baş verib?

Allahın hüzurunu hiss etməyən zəif imanlı insanlar adətən, Allahdan xəcalət çəkmir. İnsan o zaman xəcalət çəkir ki, onun bu çirkin işini agörən olsun. İnsan Allahın hər yerdə hazır olduğunu bilsə də bu hüzur insanı günah fikrindən daşındırmır. İnsan Allahın əzəmətini dərk etdiyi qədər də Ondan xəcalət çəkir. Allahın əzəmətindən qafil insan, adətən, vəzifəli, güclü adamların qarşısında səhvə yol verdikdə daha çox xəcalət çəkir. Amma bir çoxları da imkansızlardan, uşaqlardan qətiyyən çəkinmirlər.

Əgər özümüzdə belə bir hal müşahidə ediriksə hökmən tövbə etməliyik. Belə tövbələr rəvayətdə «həya tövbəsi» adlandırılmışdır. İmam Rizanı (ə) ziyarət etdikdən sonra 

oxuyuruq: «Həya istiğfarı edirik». Allaha diqqət edib öz çirkin işinə görə insan tövbə edərsə bu xalis tövbələrdən olar. Allahın əzəmətini dərk edən insan Onun göstərişini pozub xəcalət çəkməyə bilərmi? Demək, ən üstün həya Allahdan edilən həyadır. Biz inanırıq ki, gizlində və aşkarda iki nəzarətçi mələyimiz var. Bütün çirkin işlərimizdən xəbərdar olan bu iki mələkdən xəcalət çəkməliyik.

Bir mühüm nöqtə də var: Alt paltarla cəmiyyət arasına çıxmaq pis işdir. Amma insan evdə tək olduğu zaman Allahın hüzurunda olduğunu düşünərək alt paltarda qalmaqda çəkinməsinə ehtiyac yoxdur. Məsələn, ümumi hamamda başqalarından xəcalət çəkmək təbii olsa da kimsəsiz yerdə yuyunarkən Allahdan xəcalət çəkmək yersizdir. Çünki paltar insan nəzəri üçün maneədir. Daş divar arxasındakı insanı görən Allah üçün libas maneə deyil.

İnsan Allahdan o zaman xəcalət çəkməlidir ki, özünə zülm edərək ilahi qanunları pozur. İnsan üçün bütün hallarda Allahı xatırlamaq faydalıdır. Musa peyğəmbər (ə) Allaha ərz edir ki, Pərvərdigara, elə hallar var ki, mən səni düşünməyə xəcalət çəkirəm. Allah-təala buyurur: «Məni düşünmək heç halda pis deyil» 

deyil. Xüsusi ilə ərlə-arvad arasındakı münasibətlərdə xəcalət yersizdir.

Həya ən üstün, ən dəyərli insani sifətdir. Çünki məhz həya səbəbindən insan bir çox çirkin işlərdən yaxa qurtarır. Rəvayətdə buyurulur: «Həyası olmayanın imanı yoxdur»

«Dini olmayanın həyası yoxdur».

sibtayn.com

Category: Exlaq | Baxış: 1276 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]