Bazar günü, 2024-12-22, 5:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Oktyabr » 6 » Dindarlıq və Depressiya
8:40 PM
Dindarlıq və Depressiya
Dindarlıq və Depressiya

Din ilə depressiya arasında necə bir əlaqə var?

Mütəxəssislər, xüsusilə son 25-30 ildir edilən araşdırmaların dinlə ruh sağlamlığı arasında əhəmiyyətli əlaqələrin olduğunu ortaya qoyur...
Mütəxəssislər, qərb cəmiyyətlərində edilən bu  sahə araşdırmalarının bütününün fərqli səbəblərdən ötəri dindarlıqla ruh sağlamlığı arasında müsbət bir əlaqənin olduğunu göstərməsə də, böyük əksəriyyətinin dindarlıqla ruh sağlamlığı arasında müsbət bir münasibətin olduğunu ortaya qoyduğunu söylədi.
2000-ci ildən əvvəl bu sahədə edilən 700 işdən 500ünün dinlə ruh və bədən sağlamlığı arasında müsbət bir əlaqə olduğunu ortaya qoyduğunu ifadə edən mütəxəssislər, belə danışdı: "Bu analizə görə; 93 işin 60ında, dindarlıq səviyyəsi yüksək kəslərin daha az depressiyaya girdikləri, depressiyası olan dindar kəslərin də daha sürətli yaxşılaşdıqları; 68 işin 57ində intihar hadisələrinin daha az yaşandığı; 69 işin 35ində daha az qayğılarının olduğu; 120 işin 98ində daha az narkotik maddə istifadə etdikləri; 114 işin 94ündə psixoloji baxımdan daha yaxşı vəziyyətdə, daha ümidli və optimist olduqları; 16 işin 15ində həyatda daha çox məqsəd və məna tapdıqları; 38 işin 35ində evliliklərində daha xoşbəxt olduqları və  həyat yoldaşlarıyla yaxşı dolandıqları; 20 işin 19unda daha çox ictimai dəstək aldıqları görülmüşdür."

    Depressiya; Çağımızın ruh xəstəliyi
    Dinin ruh sağlamlığı üzərinə müsbət təsirlərinin mənfi təsirlərindən daha çox olduğunu dilə gətirən mütəxəssislər, sözlərinə belə davam etdi:
    "Bilindiyi kimi çağımız insanlarını təhdid edən ən əhəmiyyətli ruh xəstəliklərinin başında depressiya halları əmələ gəlir. Bu gün dünyamızda təxminən olaraq 100 milyon insanın depressiyadan təsirləndiyi bilinir."
    Depressiyanın xüsusilə yaşlılar arasında ən məşhur xəstəliklərdən biri olduğunu izah edən mütəxəssislər, belə danışdı. "Hər nə qədər ümumi əhali içərisindəki nisbəti aşağı olsa da, xəstəxanada yatan yaşlı xəstələr baxımından baxıldığında bu nisbət yüzdə 35ə qədər çıxmaqdadır. Xüsusilə müəyyən bir təşkilatda iqamət etməyən yaşlılarda bu depresyonel semptomlar daha yüksək nisbətdə özünü göstərir. Müalicə edilmədiyi təqdirdə depressiya, həm yaşlılar həm də onların olduqları cəmiyyət üçün bəzi mənfi nəticələndirər doğura bilir. Çünki depresyonel xəstəliklərin çoxu, müəyyən bir müalicəylə sona çatmamaqda, uzun müddət davam edən müalicədən sonra da asan bir şəkildə təkrar ortaya çıxa bilir. 
      Depressiyalı xəstələrin, müalicə görüb çıxdıqdan sonra da üçdə ikisinin heç olmasa üç ay sonra təkrar depressiya keçirdikləri görülmüşdür. Bu vəziyyət həm iqtisadi baxımdan mənfi təsir etməkdə həm də həyat keyfiyyətini salaraq ölüm nisbətlərini yüksəldir. Çünki bir tərəfdən bu xəstələrin müalicəsi uzun müddət davam edərkən digər tərəfdən də bunlar fiziki narahatlıqlar kimi tam olaraq yaxşılaşmadıqlarından həyat keyfiyyətlərini də mənfi istiqamətdə təsir edir."

Category: Bezi meslehetler | Baxış: 1340 | Added by: Ənfal | Rating: 3.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]