Bazar günü, 2024-12-22, 2:43 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Iyun » 7 » Din yolunda ağrıda gözəllik görənlər
4:42 AM
Din yolunda ağrıda gözəllik görənlər
Din yolunda ağrıda gözəllik görənlər


Xanım Zeynəb (ə) hicrətin 5-ci ili cəmadiul-əvvəl ayının 5-i anadan olmuşdur. Xanım (ə) hicri 63-cü il, 15 rəcəbdə dünyasını dəyişmişdir.  O, Həzrət Əli (ə) və Xanım Fatimənın (s) qızıdır. Zeynəb adını ona babası Məhəmməd Peyğəmbər (s) vermişdir. Bu adın mənası «atasının zinəti» deməkdir. 
Həzrət Zeynəbin (ə) həyatının ən mühüm və ən əzəmətli dövrü İmam Huseynin (ə) eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. Zeynəb (ə) qəhrəmanlığını, cəsarətini, şücaətini tam aydınlığı ilə Kərbəla qiyamında və bu mübarizədən sonrakı dövrdə görə bilərik. Bir sözlə, Aşura qiyamını Zeynəbsiz (ə), Zeynəbi (ə) isə bu qiyamsız təsəvvür etmək mümkün deyil. Xanım Zeynəb (ə) bu müsibətlər qarşısında nəinki sarsılmadı, əksinə dağ kimi müqavimət göstərib mübarizəni davam etdirdi. 
Aşura faciəsindən sonra əsir götürülən Peyğəmbər (s) balaları min bir işgəncəylə Kufəyə gətirilir. Kərbəla əsirləri Kufəyə daxil olduqda camaat onların ətrafına toplaşdı. Gördükləri bu mənzərədən, Peyğəmbər (s) balalarının başına gətirilən bu müsibətdən dəhşətə gəlib vay-şivən qopararaq ağlamağa başladılar.
Yezidin sarayında baş verən hadisələr daha ağrılıdır. Xəlifəlik vəzifəsini qəsb etmiş Yezid əsirlərin gözü qarşısında İmam Huseynin (ə) mübarək başı qarşısında, qələbəni qeyd etmək fikrində idi. Belə bir şəraitdə xanım Zeynəbin (ə) səsi düşmən nizələri və zəncirləri arasından eşidilir. Bu səs Bəni-üməyyənin yaramaz əməllərini elə ifşa edir ki, əbədi rüsvay olub etibarlarını itirirlər. Kef məclisinə Peyğəmbərin nəvələrini əlləri qandallı halda daxil edirlər. Yezidin Kufə şəhərinə vali təyin etdiyi ibn Ziyad əsirləri görüb Xanım Zeynəbə (ə) deyir: «Gördünmü Allah qardaşın Huseynin (ə) başına nə oyun gətirdi, onu nə günə qoydu?» Bu sözün qarşısında vücudları lərzəyə gətirən və insanın düşüncəsini heyrətdən donduran bir cümlə, tarixə qızıl hərflərlə düşən cümlələr eşidilir. Xanım Zeynəb buyurur: «Mən gözəllikdən başqa bir şey görmədim!» 

haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 900 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]