Bazar günü, 2024-12-22, 8:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Noyabr » 21 » Din təlimi
10:39 PM
Din təlimi
Din təlimi
Dinin öyrədilməsi diqqətediləsi tərbiyə məsuliyyətlərindəndir. Əvvəlki hissələrdə deyildi ki, anadan olan uşağın sağ qulağına azan, sol qulağına iqamə deyilsin. Bu uşağı səthi də olsa, ilahi maariflə tanış etmək, qəlbində Allah eşqini cücərtmək üçündür.
Bu qayda uşağın inkişaf mərhələlərinə uyğun olaraq davam etməlidir. İnsan fiziki və mənəvi cəhətdən inkişaf etdikcə pillə-pillə ilahi hökmlərlə tanış olmalıdır. İmam Sadiqdən (ə) belə nəql olunur: «Uşaq üç yaşına çatdıqda ilahi maariflə tanış etdirilməlidir. Dörd yaşa yaxınlaşanda peyğəmbərlik maarifi ilə tanış olmalı, beş yaşa çatanda sağ əli soldan ayıra biləndə üzü qibləyə dayanıb səcdə etməli, altı yaşda namaz qılıb, rüku və səcdəni yerinə yetirməlidir. Yeddi yaşa çatmış uşağa dəstəmazın bəzi qaydaları öyrədiləməli, xülasə, doqquz yaşda dəstəmaz və namaz tam təlim olunmalıdır».(«Vəsail» cild 15.)
Diqqət edirsinizmi ki, rəvayətdə dinin öyrədilməsinə necə əhəmiyyət verilir? əlbəttə ki, bu iş ehtiyatla, tədricən, uşağı dindən soyutmadan həyata keçməlidir. Həvəsləndirməklə, asta-asta dini məfhumlar anladılmalıdır.
Digər bir rəvayətə görə yeddi il oyun, yeddi il Quran öyrədilməsi, yeddi il də halal və haramın tanıtdırılmasıdır.(«Vəsail» cild 15.)
Əlbəttə, rəvayət bu işdə vaxt qoymur, sadəcə işin tədricliyini nəzərə çatdırır. Məsələn, ilk yeddi ildə mümkündür ki, uşaq oynamaqla yanaşı dini biliklərə də yiyələnsin. İkinci yeddi ildə Quranı üzünə oxumaqla yanaşı dini elmlərdən də faydalanmaq olar. Qısası bu prosesin tədricən, pillə-pillə inkişafı nəzərdə tutulur.
Belə ki, Peyğəmbərdən (s) bir rəvayətdə buyurulur: «Övladını öpən şəxsə bir savab yazılar, övladını sevindirən şəxsi Allah-təala qiyamət günü sevindirər, övladına Quran öyrədən şəxsin qiyamətdə ata-anası çağırılar, onlara elə libaslar hədiyyə olunar ki, behişt əhlinin çöhrəsi işıqlanar».(«Vəsail» cild 15.)
Başqa bir rəvayətə görə Peyğəmbər (s) buyurub ki, övladlarınızı yeddi yaşında ikən namaza vadar edin.(«Bəhar» cild 101.)
Bu nöqtə həzrət Fatimənin (s) həyatından xatırlanılır ki, həzrət (s) öz övladlarının tərbiyəsində onların dini elmlərlə tanış olmasına nə qədər əhəmiyyət verib, hətta Qədr gecəsi uşaqları sübhədək oyaq saxlamağa çalışırdı.
Uşaqlara və gənclərə din öyrədilməsi olduqca əhəmiyyətlidir. İlahi maarifi hamıdan asan onlar qəbul edirlər. Ona görə də bu nəsil üçün büdrəmə qorxusu çoxdur. Bunun qarşısını almaq üçün təkid olunub ki, öz uşaqlarınıza və gənclərinizə sahib olun, nə qədər ki, azğınlar onların sorağına gəlməyib.(«Vəsail» cild 15.)Bunun səbəbini imam Əli (ə) belə bəyan edib: «Uşağın və cavanın qəlbi boş torpaq kimidir».(«Vəsail» cild 15.)
Boş torpağı dirildən onun sahibidir. Çalışın ki, uşaqlarınızın qəlbini dini elmlərlə dirildin, onların iman nurunu və fitrətini çiçəkləndirin. Belə olsa, günahdan qorunar, azğınların toruna düşməz.

Həbibullah Əhmədi
Category: Exlaq | Baxış: 962 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]