Bazar günü, 2024-12-22, 10:27 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Iyun » 28 » DİLİN HAQQI
4:38 AM
DİLİN HAQQI
 
BƏDƏN ÜZVLƏRİNİN HAQQI

DİLİN HAQQI 

 

وَأَمَّا حَقُّ اللّسَان فَإكْرَامُهُ عَنِ الْخَني وتَعْوِيدُهُ عَلَى الْخَيْرِ وَحَمْلُهُ عَلَى الأَدَبوَإجْمَامُهُ إلاّ لِمَوْضِعِ الْحَاجَةِ وَالْمَنْفَعَةِ لِلدِّينِ وَالدُّنْيَا وَإعْفَاؤُهُ عَنِ الْفُضُول اُلشَّنِعَةِ الْقَلِيلَةِ الْفَائِدَةِ الَّتِي لا يُؤْمَنُ ضَرَرُهَامَعَ قِلَّةِ عَائِدَتِهَا. وَيُعَدُّ شَاهِدَ الْعَقْلِ وَالدَّلِيلَ عَلَيْه وَتَزَيُّنُ الْعَاقِلَ بعَقْلِهِحُسْنُ سِيرَتِهِ فِي لِسَانِهِ. وَلا قُوَّةَ إلا باللهِ الْعَلِيِّ الْعَظِيمِ.

«Amma, dilin haqqı [hüququ] budur ki, onu çirkin işlərə bulaşdırmaqdan qoruyub, hörmətini saxlayasan. Əksinə, onu yaxşı və ləyaqətli söz deməyə vadar et! Onu ədəbli və yerində saxla! Yalnız, ehtiyac olanda dünya və Axirətinə faydası olan zaman ondan istifadə et! Onu çox danışdırmaqdan və zərərindən amanda qalmadığın faydasız sözlərdən qoru! Dil, ağıla şahidlik edəndir. Ağılın zinəti dilin vasitəsi ilədir. Böyük Allahdan başqa heç bir tərəfdən güc-qüvvət yoxdur!"
İmam Səccad (əleyhissəlam) dil barəsində buyurur:
Onu bütünlüklə Allah yolunda itaətdə saxla və yeddi üzvünün hüquqlarını qoru. O həzrət bədənin əzalarının hüququnda, əvvəlcə dildən başlayır və onu qorumağın yolunu bəyan edir.

DİL, İNSANDA ƏN BÖYÜK NEMƏTDİR

Şübhə yoxdur ki, yaradılış aləmində insana məxsus olan ən böyük İlahi nemətlərdən biri dil və danışmaqdır.
«Ərrəhman" surəsinin 3-4-cü ayələrində bu böyük nemətə aşkarcasına işarə olunur və buyurur:
«İnsanın yaratdı, ona danışmağı [fikrini və duyğularını bəyan etməyi] öyrətdi.»
Müfəssirilər ayəni belə məna etmişlər: Bir şeyin üzərindən pərdə götürmək. Dil insanın batinindən xəbər verir və onun mütərcimidir. Pərdələri kənara atır və qəlbdə olanların hamısının izhar edir. Əgər dil olmasaydı, bəşər də başqa heyvanlar kimi sakit qalar, anlamaq və anlatmaq qapısı onun üzünə bağlanardı.

DİLLƏRİN MÜXTƏLİFLİYİ İLAHİ ƏLAMƏTDİR

Allah-taala Qurani-kərimdə buyurur:
«Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır.»["Rum" suresi, aye 22]

DİL, İNSANI TANIMAĞIN AMİLİDİR

Hər bir şəxsi tanımağın müxtəlif yolları vardır. Onlardan biri də onun danışığıdır. Hər bir insan, öz şəxsiyyətini öz dili ilə tanıtdırır. Dil, onun batininin gözəl və ya çirkin olmasını göstərəndir. Hər bir şəxsin sözündən anlamaq olar ki, saleh ya fasiq şəxsdir. Həzrət Cavad (əleyhissəlam) buyurur:
«Kişi, öz dilinin altında gizlənmişdir.»[Müntəhal amal, 2-ci cild, səh.358] Dil, pərdələri kənara atır və həqiqəti cilvələndirir.

DİLİN MAHİYYƏTİ VƏ MADDƏSİ

Həzrət Əli (əleyhissəlam), dil barəsində qısa bir cümlə söyləyib və dilin həqiqətini tam mənada aydınlaşdırmışdır. Həzrət buyurur: «Dilin çəkisi çox az, ancaq günahı çox ağırdır!»
Allahın insana bəxş etdiyi əzaların hər birisinin xüsusi vəzifəsi vardır. Məsələn, gözün, rəngləri və şəkilləri görməkdən başqa qüdrəti yoxdur. Qulağın, səsləri, danışıqları eşitməkdən başqa birqabiliyyəti yoxdur. Əl, cisimləri ləms etməklə ayırd edə bilər. Lakin, dilin meydanı genişdir. Xeyir və şər meydanı, xoşbəxtlik və bədbəxtlik meydanı vardır. Nə vaxt xeyirə söz danışarsa, səadət meydanında dolanır və hər zaman pisliyə və şər danışarsa, insanı yolundan azdırmaqdan ötrü Şeytanın ən böyük tələsinə çevrilə bilər.

CƏMİYYƏTİN İSLAH VƏ YA FƏSADA DOĞRU GETMƏSİNDƏ DİLİN ROLU

Cəmiyyətin islah və ya fəsada doğru getməsindən ötrü müxtəlif yollar var. Ən təsiredici yollardan biri, həmin «söz danışmaqdır».
Hər bir zirək və söz ustasının imkanı var ki, cəmiyyəti islaha, insani dəyərlərə və fəzilətlərə tərəf çəksin. Həmçinin, əksinə, həmin şəxs cəmiyyəti səadət yolundan ayırıb fitnə-fəsad, çirkinlik və əxlaqi pozğunluğa çəkə bilər. Mahir söz ustası, tənbəllik və uçuruma uğramış cəmiyyəti hərəkətə gətirərək, onların həyatını dəyişə bilər. Həmçinin, cəmiyyətin tünd həssasiyyətlərini və alovlarını söndürüb, onları hər şeyə qarşı biganə edə bilər. Xətib, haqq tələbində olan cəmiyyəti batilə doğru həmçinin, batil yolda qərar tutmuş cəmiyyəti isə haqqa doğru çəkə bilər. İndi də bu mövzuda bir neçə nümunə gətirək:
Həzrət Əli (əleyhissəlam), şəhadətə yetən zaman bu xəbər bütün islami şəhərlərə yayıldı.
Həzrətin mehrabda şəhadətə yetməsi xəbəri Şama yetişəndə, Müaviyənin öyrətdiyi şəxslərin yalan təbliğinin təsirindən aldanmışlardan bəziləri dedilər: Məgər, Əli namaz və mehrab əhli olub?
İnsanların ən abidi olub, ömrünü namazı bərpa etmək yolunda döyüşdə keçirən, namaz halında müqəddəs budundan oxu çıxarılan və bunu hiss etməyən bir şəxs, indi Şamda namazsız bir insan kimi tanıtdırılıb. Əhali onun məscidə getməsindən təəccüblənir. Bu dilin, haqqı batil sifətində cilvələndirməsinin nəticəsidir.
Müəllif: Qüdrətullah Məşayixi
 
Category: Exlaq | Baxış: 1040 | Added by: el-kafirel_kufri | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]