Bazar günü, 2024-12-22, 4:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 26 » ƏDİLƏ
9:08 AM
ƏDİLƏ
İnsan ölüm anında 5 mənzərə görür:
1. Hz Əzraili.
2. Çiynindəki mələkləri.
3. Peyğəmbər (s.ə.s) başda olmaqla məsumları görür. Əgər mömin insandısa qəlbi sevinir, mömin deyilsə qəlbi kədərlənir.
4. Öz məqamını.
5. Şeytanı.
Ədilə - udul sözündəndir və ayrılmaq deməkdir. Yəni insanın son nəfəsində şeytanın hiyləsilə haqq yolundan ayrılmasıdır. 



Ədilədə insana nicat verən əməllər:
1. İmam Sadiq (ə) buyurmuşdur ki, bu dua ki, hər namazdan sonra müstəhəbdi onu namazlardan sonra demək insana ədilədən nicat verər.
Dua: "Rəzəytübillah rəbbən və bi Muhəmmədin Nəbiyyən vəl Qurani Kitabən vəl Kəbə Qiblətən və Əli ibni Əbu Talib İmamən vəl Həsən vəl Hüseyn və Əli ibni Hüseyn və Muhəmməd ibni Əli və Cəfər ibni Muhəmməd və Musa ibni Cəfər və Əli ibni Musa və Muhəmməd ibni Əli və Əli ibni Muhəmməd və Həsən ibni Əli və İmam Sahib əz-Zaman.”
2. İnsan bir dəfə öz əqidəsini özü üçün yaza (yəni O sifətlər ki, Allahda var onları qəıbul edirəm, O sifətlər ki, Allahda yoxdu onları qəbul edirəm. Peyğəmbərin(s.ə.s) Nübuvvəti, Quranın Allah tərəfindən göndərilməsi, Hz. Əlinin(ə) vilayəti, Sirat, Cənnət-Cəhənnəm)ki, mənim əqidəm budu və bunu Allaha əmanət edə sonunda bu duanı oxuya:
Dua: "Allahummə ya ərxəmərrahimin enni qəd əudutkə yəqini haza və səbati dini və əntə xeyri mustoitiin və qəd əmərtanə bihifzil bədayiə fəruddəhu ələyhə vəqtə huzuri moti”.
3. Zikr (namazdan əvvəl, namazdan sonra, səcdədə, nə vaxt istəsən): "Allahummə enni əuzubikə minəl ədilə indəlmot”.
4. Ədilə duası.
5. Ali İmran surəsi 8-ci ayə. Heç olmazsa bir namazda qunutda oxumaq:
"Rabbəna la tuziğqulubəna bə da il hədəykənəə vəhab ləna millədun kərah mət innəkə əntəl vəhab”.
6. Fatimeyi Zəhranın (ə) zikri: 34 dəfə Allahu Əkbər, 33 dəfə Ələhəmdülillah, 33 dəfə Sübhənallah.
7. Hər cümə "Möminun” surəsi oxumaq.
8. Hər namazdan xüsusilə sübh və şam namazlarında Fatimeyi Zəhranın(ə) zikrindən sonra "Bismillаhir Rəhmanir-Rəhim La hovlə və la quvvətə illa billahil-Əliyyil Əzim”.

9. Şaban ayının 5-6-na keçən gecə 6 rəkət namaz hər rəkətdə 1 Həmd 50 İxlas surəsi.
10. Rəcəb ayının 21-22-nə keçən gecə 8 rəkət müstəhəb namaz hər rəkətdə 1 Həmd 7 Kafirun surəsi.
11. Azan səslənən kimi namaz qılmaq.


Category: Bezi meslehetler | Baxış: 2441 | Added by: Narxanım | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]