Bazar günü, 2024-12-22, 10:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Dekabr » 30 » ÇOX YEMƏK
10:23 PM
ÇOX YEMƏK

ÇOX YEMƏK


İslamda çox yemək məkruh və xəstəliklərin amillərindən biri sayılır.
Allah-Тaala Qurani-Kərimdə buyurur: «Yeyin, için israf etməyin». («Əraf», ayə 31)
Allahın Rəsulu buyurub: «Çox yeməkdən çəkinin ki, bədəni xarab edir, xəstəlik yaradır, və ibadət zamanı süstlük yaradır». Habelə buyurub: «Kimin yeməyi az olarsa bədəni sağlam qalar və ürəyi şəfa tapar (təmizlənər). Habelə kimin yeməyi çox olarsa sağlamlığı azalar». 
Əmirəlmöminin (ə) buyurub: «Çox yeyən insan sağlamlığı az olar». («Mizan əl-Hikmə», c.1)
İmam Rza (ə) buyurub: «Camaat yeməyinə fikir versəydi bədənləri sağlam olardı». («Aşiqlər diyarı», c.5, səh.342)



Az yemək və Mədinə xalqının sağlamlığı



Peyğəmbərin (s) vaxtından əcəm şahlarından biri təcrübəli həkimlərdən birini xəstələri mualicə etsin deyə Mədinəyə Peyğəmbərin (s) yanına göndərdi. Təbib bir il Mədinədə qalmasına baxmayaraq, heç kim öz xəstəliyinin müalicəsi üçün ona müracət etmədi.
Təbib Peyğəmbərin (s) yanına gedib giley-güzar etməyə başlayır ki, mən bura sizin dostlarınızı müalicə etmək üçün gəlmişəm. Amma bu müddət ərzində heç kim mənə müraciət etmədi ki, mənə tapşırılan vəzifəni yerinə yetirəm. Peyğəmbər (s) buyurur: «Bu insanlar həyatlarında bir yol seçiblər ki, iştah onlara qalib gəlməyənədək yemək yemirlər. Yeməklərini də iştahları kəsilməmiş və hələ doymamış bitirirlər (elə bu səbəbə görə də sağlamdırlar və heç bir təbibə ehtiyacları yoxdur). Həkim Peyğəmbərin (s) dediklərini təsdiq edərək təvazökarlıqla ona ehtiram edib çıxıb getdi. («100 mövzu və 500 dastan», səh.325)



Elm baxımından çox yeməyin cismi zərərləri



Çox yemək çəkinin artmasına səbəb olur. Çəkinin artması isə (xüsusilədə qarının çıxmasıyla başlayarsa) müxtəlif xəstəliklərə, o cümlədən şəkər, ürək xəstəlikləri, infarkt və hətta xərçəng kimi ölümə bais olan bu dörd xəstəliklərə tutula bilərsiniz. 
Köklük, çəkinizin 20% faiz öz normal həddindən artıq olması deməkdir. Artıq çəki ürək və bütün bədən üzvlərinin sıxıntısına səbəb olur.
Amerikalı Həkimlərdən biri olan Doktor Şeltun deyir: «Kim öz bədəninin normasını bilib o qədər yesə və o həddi aşmasa, sağlam qalar. Amma kim həddən artıq yeməyə adət edərsə öz əllərilə xəstəlik yaradır. Bu vəziyyətdə onun və heç kimin əlindən bir iş gəlmir. («Oruc həyatını xilas edə bilər», səh.154)


152 yaşlı Tomasın ölümünə səbəb çox yeməklik oldu



Professor Huveflan İngiltərə sakini Tomas Bar adlı şux qoca bir kişi haqda deyir: «Bu kişi 120 yaşında dul bir qadınla evlənir və miladi tarixilə 1575-ci ildə 152 yaşında dünyasını dəyişir». Professor Huveflan onun ölümünün səbəbini belə bəyan edir: «İngiltərə padşahı İ Şarl, bu kişinin uzunömürlü olmasını eşidəndə onu görmək üçün Londona öz sarayına dəvət edir. İngiltərə sarayında bir neçə gün qonaq olduğu müddətdə öz keçmiş az yemək adətinin əksinə olaraq ləzətli yeməklər yeməkdə ifrata yol verir. Onları həzm etməyə aciz qalaraq bu ifratın təsirindən öz canını əldən verir. Professor Huveflanın onun taleyindən danışmaqdan məqsədi, camaatı, yuxarı yaşlarda çox yeməyin və maddələrin tam surətdə həzm olunmaması nəticəsində daxili zəhərlənmələrin səbəbindən baş verən ölümün tezləşməsindən xəbərdar etməkdir. («Uzunömürlülüyün sirri», c.1, səh.91)



Nə qədər yeyək?


Bu suala cavab vermək üçün hamının istifadə edə biləcəyi miqdarı təyin etmək olmaz. Ola bilsin təyin olunmuş miqdar bəziləri üçün az digərləri üçün çox olsun. Deyə bilərik ki, yarım kiloqram yemək hamı üçün yaxşıdır. Çünki, lazımlı yeməyin miqdarı hər bir insanda ayrı olur.
Bu baradə meyar yeməyin o qədər yeyilməsidir ki, süfrədən durarkən özümüzü ağır hiss etməyək. Digər tərəfdənsə gərək zəiflik də hiss etməyək.


Mehdi Tahiri

Category: Bezi meslehetler | Baxış: 1386 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]