Bazar günü, 2024-12-22, 6:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 20 » Çomaq dəlili
4:18 AM
Çomaq dəlili
Çomaq dəlili


Bəzən elmin dərinliklərinə baş vurmuş alim bir çobanın etiqadına heyran qalır. Əllamə Həsənzadə nəql edir:
Allahın birliyinə 72 dılil toplamışdım. Tətil günləri idi, yolum yaylağa düşdü. Bir çoban qoyun otarırdı. Bu mənzərini seyr edərkən ürəyimdən keçdi ki, mən bir ömür dəlillər sorağında ikən hələ də Allahı yetərincə tanımıram, görən bu çobanın etiqadı necədir? Ona yaxınlaşıb salam verdim. Salamımı aldı. Dedim:
-Allahı necə tanıyırsan?
Cavab verdi:
-O birdir, oxşarı yoxdur.
-Əgər bir şəxs sənə desə ki, Allah ikidir, ona nə cavab verərsən?
O qəzəbləndi və dedi:
-Bu çomağı təpəsinə endirib başını ikiyə bölərəm!
Mən heyran qaldım. Bu adamın möhkəm etiqadı məni heyrətə gətirdi!

C.Həsənzadənin əsərlərində arifanə hekayətlər

P.S. Çox ariflər belə bir etiqadı halal ruzi ilə əlaqələndirirlər. Yəni bu etiqad fanatizm yox, pak fitrətdən qaynaqlanır. 

haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 815 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]