Bazar günü, 2024-12-22, 2:03 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 27 » Cin ayrı... Şeytan ayrı....
7:02 PM
Cin ayrı... Şeytan ayrı....
Şeytan cinlərdən olubmu? Əgər mələklərdən olmuşsa, onda bir an da Allaha itaətsizlik etməyən mələklərin sırasında necə olmuşdur?
 Quran bunu belə cavablandırır.

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا

(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! ("Kəhf" 50)

 CİNLƏRDƏN

   Demək, İblis mələk deyil, cinlərdən olmuşdur. Qurani-Kərimdə İblisin yaranışından söz acarkən buyrulur:

وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ
(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi. ("Rəhman" 15)

   Başqa bir ayədə İblisin yaradılışı öz dilindən belə açılır:

 قَالَ أَنَا خَيْرٌ مِنْهُ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ
(İblis:) "Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi. ("Əraf" 12)

   Demək, testesez oddan yaradılan cinlər bəşər övladından əvvəl xəlq olunmuşdur.
 "Rəhman" surəsinin 14-15-ci ayələrində isə həm insanın, həm də İblisin yaradılışından söz açılır.

خَلَقَ الْإِنْسَانَ مِنْ صَلْصَالٍ كَالْفَخَّارِ
İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
وَخَلَقَ الْجَانَّ مِنْ مَارِجٍ مِنْ نَارٍ
(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.

   Bəs mələklər? Quran onların yaradılışından xəbər vermişsə də, Peyğəmbərdən (s.ə.s) olunan hədis bu məsələyə də aydınlıq gətirir. Hədisdə deyilir:" Mələklər nurdan, cinlər isə tüstüsüz oddan yaradıldılar".
   İblisin nəslinin davam etməsi bir daha onun mələklərdən tam fərqli varlıq olmasından xəbər verir.
   "Siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz?" ("Kəhf" 50)
   Həsən Bəsiri deyir: "İblis mələklərdən olmamışdır. Adəm insanların atası olduğu kimi, o da cinlərin atasıdır. Onlar da Adəm oğulları kimi, doğum yolu ilə çoxalırlar" (Təbərsinin Təfsir kitabı)
   İblisin Cənnətdən qovulmasının tək səbəbi onun qürur təkəbbürü olur!
   Fəxrəddin Razi deyir: "Mələklərin cinsi olmadığından onların nəsli artmaz. Allah-Təala "Zuxruf" surəsinin 19-cu ayəsində müşriklərin batıl inanca sahib olduqlarını ortaya çəkərək buyurur:

وَجَعَلُوا الْمَلَائِكَةَ الَّذِينَ هُمْ عِبَادُ الرَّحْمَٰنِ إِنَاثًا ۚ أَشَهِدُوا خَلْقَهُمْ ۚ سَتُكْتَبُ شَهَادَتُهُمْ وَيُسْأَلُونَ
Onlar Rəhmanın qulları olan mələkləri dişi saydılar. Məgər onlar (mələklərin) yaradılışına şahidmi olmuşlar?! Onların bu şəhadəti (əməl dəftərlərinə) yazılacaq və (bu barədə) sorğu-sual olunacaqlar!

   Əgər mələklər dişi cinsdən deyillərsə, demək onlarla cütləşə biləcək erkək cinsdən olan hər hansı bir bənzər varlığın olmasıda mənasız olacaqdı".

SƏCDƏ ƏMRİ

   Mələklərlə birlikdə İblisə də həzrət Adəmə (ə) səcdə əmri verilməsi bir çoxlarında onun da mələk olması barədə təsəvvür oyatmışdır. Allaha qarşı çıxdıqda isə onun mələklərdən olmadığı ortaya çıxır.
   Həzrət Adəm (ə) yaradılmamışdan çox-çox əvvəl İblis ibadətləri sayəsində yüksələrək göyün yeddinci qatına qədər yüksəlmiş, Cənnətin gözətçilərindən biri olmuşdur. Uzun müddət mələklərlə birlikdə olmuş və onlarla birlikdə ibadət etmişdir. lakin sonradan Adəmin yaradılışı ilə sınağa çəkilir və içində bəslədiyi lovğalıq və təkəbbür ona yaradılışın əşrəfinə, yəni insana səcdə etməyə mane olur. Bu səbəbdən də Allahın ərşindən qovularaq lənətlənir.
   İmam Əlidən (ə) nəql olunan rəvayətlərdə deyilir. " İblis 6000 il mələklərlə birlikdə namaz qıldı və onların imamı (öndə duran) oldu. Bizə məlum deyil, bu altı min il, bizim dünya müddətidir, yoxsa Allahın ərşində hesaba alınan müddət".
   Demək, mələklər - məsum, İblis isə belə bir xüsusiyyətə malik olmamış və bu üzdən də Allaha qarşı üsyan etmişdir.

 İlk varlıq arasında fərqlər
   1. Mələklər Allahın güvənib etibar etdiyi elçilərdir. Lakin İblis belə bir xüsusiyyətə malik deyil.
   2. Allah-Təala mələkləri üzünün elçiləri kimi təqdim edir.
   3. Cinlərin mömin, münafiq (ikiüzlü) və kafiri olur. Kafir olanlıar "Şeytan", insanların arasında olan və daim yerlərini dəyişənlərə "ummar", uşaqlara müsəllət olanlara "ərvah", şeytanlaşmış cinlərin ən şərlisinə "ifrit" deyilir.
   4. Cinlərdə insanlar kimi, dünya həyatında sınağa çəkilər və imtahan olunarlar. Onlar da insanlar kimi, Axirət dünyasında Cənnət və Cəhənnəmə girəcəklər. Xeyirli işlər görənlər Cənnətlə mükafatlandırılar, kafir olub itaətsizlik edənlər və tövbəsiz dünyalarını dəyişənlər isə Cəhənnəmlə cəzalandırılarlar.
   5. Cinlər şeytanlardan fərqli olaraq insanın ağlına nüfuz  edib onun fikir və düşüncələrini ələ ala bilir. Halbuki insanlar Şeytanın qəlbinə vəsvəsə edərək onu yalnız yoldan azdırmağa can atar. İblisin mələklərdən biri hesab edilməsinə səbəb olan baxışlardan biri də xristianlığın ortaya qoyduğu yalnış təsəvvürdür.

   İblisin əsl adı Əzazil olub.
 Allahın əmrindən çıxıb həzrət Adəmə (ə) səcdə etməkdən imtina etdikdən o, " iblis" və ya "şeytan" adı alır. Şeytanın digər cinlərdən ən böyük fərqi təkəbbürü üzündən kafir olub Allahın rəhmət dərgahından qovulması və əbədi lənətlənməsidir.

Göyləri və yeri yoxdan yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri (peyğəmbərlərə) elçi edən Allaha həmd olsun! ("Fatir" 1)

LÜĞƏTİ MƏNA
   Cin - "gizli, örtülü, gözəgörünməz" mənalarını verir. Tüstüsüz oddan yaradılan cinlər müxtəlif surətlərə düşə bilən varlıqlardır.
   Şeytan  - gözəgörünməz, pislik və itaətsizlikdə həddini aşan, insanları yoldan azdırmağa çalışan məğrur və təkəbbürlü varlığa deyilir.

Category: Diger me'lumatlar | Baxış: 1471 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]