Bazar günü, 2024-12-22, 2:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 20 » Cahil alim
6:26 AM
Cahil alim
Cahil alim
   Peyğəmbər (s.ə.s) qəbrinin də sökülməsinə dair fətva verən ibn Cibrin arzusu ilə birlikdə qəbr evinə köşür.
    2009-cu ilə qədər ibn Cibrin İslam dünyasının ən müqəddəs məkanına  münafiqlik edir və özünün həm gülünc , həm də rüsvayçı fətvaları ilə sağlam düşüncə sahiblərinin nifrətindən bir şey qazanmır. Əbdürrəhman Əl-Bərraqdan sonra Abdulla ibn Cibrin Səudiyyə Ərəbistanının baş şeyxi təyin olunur.

 Gülünc fətva
   İbn Cibrinin ən ağılasığmaz fətvalarından biri məscidlərin sökülməsinə dair verdiyi fətva olur.
   Fətvada deyilir; " Bu binalar gözəl sənət əsərləri olsalar da, İslam mirasının və İslam məkanlarının bir parçası hesab olunmamalıdır.
   Məscidlər İslam və müsəlman ölkələrində olsalar da, şəriət bunu qəbul etmir.
   Bunun üçün də İslam onların yerlə-yeksan olunmasını əmr edir".
   İbn Cibrin bunu da qeyd edir ki, tələbələr bu kimi binaların tikilmə üsullarını öyrənsələr də, praktik olaraq həyata keçirə bilməzlər. Və tələbələr binaların tikilişini öyrəndikləri kimi, onların sökülməsini də öyrənməlidirlər.
   Məsum İmamların ziyarətgahlarını "şiələrin bütxanası" adlandıran ibn Cibrin 2006-cı ildəKazımeyində İmam Hadının (ə) və Samerada İmam əsgərinin qəbrlərinin partladılmasını təqdir edərək Səudiyyə ərəbistanında üç gülünc bayram elan edir.
   Məscidlərin yerlə-yeksan olunmasına dair fətva verən bu mənfur şəxsin belə bir bəyanət verməsi  heç də təəccüblü deyil. Belə bir bəyanət verməklə ibn Cibrin müsəlmanlar arasında təriqət ayrıseçkinliyi yaradaraq  düşmən dəyirmanına su tökmüş olurdu.


Qəbir qənimi
   İbn Cibirin gülünc fətvalarının birində bir cəfəngiyyata da yol verir:" İslam qəbirlərinin üzərində inşa olunan binaları yaşaq edir". O, qəbirlər üzərindəki binaların viran edilməsini  Peyğəmbərimizin (s.ə.s) buyurduğu ilə əsaslandırır: "Silmədiyin elə bir rəsm , yerlə-yeksan etmədiyin bir qəbir qoyma qala".  Burada qəbirlər üzərində bina tikilməsinin haram olduğu göstərilir. "Çünki qəbrlər üzərində  binaların  tikilməsi insanların meyitlərə pərəstiş etmələrinə yol açır. Qəbir daşı düzəldən ustalar qəbirlərin həcmi və bəzədilməsində hədd aşmışlar. Qəbirlərin üzərində yazıların yazılıb bəzədilməsi cahillərin ölülərə şərəf və üstünlüklər verməsinə  gətirin çıxarmışdır. Bütün bunlar cahillərin qəbirlərin ətrafına dolanmalarına, əllərini qəbir daşlarına sürtmələrinə səbəb olmuşdur. Bünün üçün də bu kimi binaların yerlə-yeksan olunması vacibdir!".  İbn Cibrin bu sayıqlamalarından sonra Türkiyyənin qabaqcıl din alimləri  bəyanətlər verirlər:" Səudiyyə krallığının ailəsini  Peyğəmbərin (s.ə.s) qəbrinin dağıdılmasının vacibliyinə inandıran ibn Cibrin bu işdə digər müsəlman ölkələrinə  də nümunə ola bilər.Əslində, bu belə deyil - sağlam düşüncə və ağıl sahibləri belə cəfəngiyyatları qəbul edə bilmir. Amma nədənsə, ibn Cibrin krallıq ailəsinin tikdirdiyi və içində min  cür pozğunluq etdiyi villa və imarətlərin  dağıdılması barədə fətva vermir, hətta onu ağlına belə gətirmir".

" İfratçı Münurə Əl-Qubeysi - qadın müftisi"

   Gülünc fətvalar tək ibn Cibrdən deyil, onun yetirmələri tərəfindən  də verilir. Bu batil təfəkkür sahibləri Səudiyyə Ərəbistanını ilə yanaşı, Suriya, İordaniya və başqa ölkələrdə də qorxulu xəstəlik kimi cəmiyyətə nüfuz edə bilmişlər.

   Münurə Əl -Qubeysi adlı vəhabi qadın alim verdiyi gülünc fətva  ilə müsəlman dünyasın da böyük narazılığa səbəb olur. Fətvada deyilir;
   
   * " Cidar" (divar) kəlməsinin ərəb dilində kişi cinsinə aid olduğunu nəzərə  alaraq qadınların divar tərəfdə yatmasını haram elan edirəm!". (Maraqlıdır, görəsən, nə vaxtdan qadınlara fətva vermək səlahiyyəti  verilmişdir?!).
   Bu fətva Suriyada nəşr olunan  "Əl-mətən" qəzetində dər olunduqdan  sonra böyük narazılığa səbəb olur. Dəməşq universitetinin din alimlərindən biri - Doktor Tofiq ramazan fətvaya belə bir münasibət bildirir:
" Münurə Qubeysi ifratçı qadın cəmiyyətini idarə edir. Onun verdiyi fətva məntiqsiz və dəyərsizdir. Mən bu fətvadan Allaha pənah aparıram".
    Suriyanın tanınmış müftisi Mucmə Əhməd Kəftaru bu barədə deyir:
   "Bu vaxta qədər İslam dünyasında belə gülünc fikir səslənməmişdir".

   * Münurə Əl -Qubeysi - 1933-cü ildə Dəməşqdə doğulub. "Anisə" (bakirə) təxəllüsü ilə tanınır. Orta təhsilini Suriyada bitirdikdən sonra təbiət elmləri üzrə ali təhsil alır. 1960-cı ildən təbliğatçı kimi fəaliyyətə başlayır və "Əl-Qubeysiyyat" hərəkatını yaradır. İlk vaxtlar fəaliyyəti Suriya ərazisini əhatə etsə də, sonradan qonşu ölkələr də geniş yayılır, o  cümlədən Səudiyyə ərəbistanında tərəfdarlarının sayı artır. Son iyirmi il ərzində ətrafda cəmləşən gənc qız müridlərinin sayı 75 000-ə çatır.




Category: Diger me'lumatlar | Baxış: 889 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]