Bazar günü, 2024-12-22, 8:49 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Avqust » 22 » Çağırışın Allaha doğrudurmu?
9:40 PM
Çağırışın Allaha doğrudurmu?


Seyr-sülük yolunda ən mühüm məsələlərdən biri insanın özünə nümunə (ustad, mürşid, pir) seçməsidir. Müsəlman şəxs nümunə saydığı şəxsə hansı həddə tabe olmalıdır? Meyar nədir? Necə bilək ki, ardınca getdiyimiz insan bizi behiştə aparır, yoxsa cəhənnəmə?
Bir adamın ardınca gedəndə ilk meyar onun haqq dairəsində olub-olmamasıdır. Yalnız şəri məsələlərdə təqlid etdiyimiz müctehidin bəzi xüsusiyyətlərinə baxın: ağıl, ədalət, azadlıq… Bu xüsusiyyətləri dolayı yolla tapmaq olar. Məsələn, dünya hadisələrini təhlil etmək səviyyəsində olmayan insanın ağlına da güvənmək olmaz. Məsələn, bir insan tez qəzəblənirsə, hədislərə əsasən "qəzəbi olanın imanı yoxdur” – beləsindən ədalət gözləmək olmaz. Bir şəxs təyinatlı maddi yardım alırsa, məsələn, pul alır ki, filan işi görsün – beləsi həmin işdə nümunə sayıla bilməz.
Ariflər "Allaha doğru çağırışı” nümunə şəxs üçün ən mühüm xüsusiyyət sayırlar. Qurani-kərimdə Peyğəmbərlərə bu mövzu ilə bağlı xəbərdarlıq edilir. "Ali-İmran” surəsinin 79-cu ayəsində buyurulur: "Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o, insanlara: "Allahı buraxıb mənə qul olun!” – desin. Əksinə, o: "Öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində rəbbani (mükəmməl elm və əməl, gözəl əxlaq və itaət sahibi) olun!” - deyər. 
Amma ətrafa diqqət etdikdə görürük ki, bəzi öndə gedənlər "Quranda yol yox, yolunda Quran axtarır”. Yəni bir qərara gəlir və həmin qərarın həqiqətini sübut etmək üçün ayə, rəvayət axtarır. Hansı ki, həqiqi rəhbər Quran əsasında əməllərini araşdırır, əməli əsasında Quranı yox. 
Məhz bu səbəbdən insanlar kimin ardınca getməkdə çətinlik çəkirlər. İki abid və nüfuzlu mürşiddən biri sağa çağırır, o biri sola. Doğru seçim üçün Allahdan tövfiq diləyək. 

quranct.com

haqyolu.com


Category: Diger me'lumatlar | Baxış: 967 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]