Bazar günü, 2024-12-22, 6:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 18 » CƏHƏNNƏM DƏ SEHRDİR?
6:28 AM
CƏHƏNNƏM DƏ SEHRDİR?
 
CƏHƏNNƏM DƏ SEHRDİR?

Kafirlər və müşriklər peyğəmbərlərin qarşısında iki söz deyirdilər; deyirdilər ki, o ya sehrkardır, ya da şair. O cümlədən müşriklərdən biri olan Ütbə başqa müşriklərin təzyiqi ilə Peyğəmbərin yanına getdi və dedi: Ey Muhəmməd! Şe`rlərindən bir az mənim üçün oxu! Peyğəmbər buyurdu: Qur`an şe`r deyil. Həzrət onun üçün bir ayəni tilavət etdi. Ütbənin canına lərzə düşdü, öz-özünə əsməyə başladı və dedi: Ey Muhəmməd! Daha bəsdir, oxuma!

O evə qayıtdı, içəri girib qapını bağladı. Bu hadisədən sonra müşriklər onun ətrafına toplaşıb dedilər:

Sən bizi rüsvay etdin. Nə isə, onlar sonra da sehr töhmətini peyğəmbərin adına çıxararaq deyirdilər: Peyğəmbər bizi sehr edibdir. Cəhənnəmin mə`muru Qiyamətdə buyuracaq: Bu sehrdir? Bu ilahi vəhyin Qur`andan bariz nümunəsidir.

Peyğəmbərə və İlahi kitaba bu cür nahaq töhmət vuranlar çox həyasız idilər. Qur`anın nəyi sehrə oxşayır? Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm-in hansı işi sehrkarların işinə oxşayır? Sehrkar xalqın içində ən alçaq və tamahkar insandır. Sehr əməli də ən çirkin və alçaq işdir. Belə olan halda Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm bütün paklığı və mö`cüzə olan Qur`anı ilə sehr edirdi?! Bəşər övladı çoxlu iftira, böhtan atır, töhmət vurur, üstəlik e`tinasızlıq da edir. Buna görə də Qiyamətdə onlara deyərlər: Bu Cəhənnəm də sehrdir? Ya siz görmürsüz?

«Hazihi Cəhənnəmul-ləti kuntum tu`ədun»

Sözün qısası أَفَسِحْرٌ هَذَا أَمْ أَنتُمْ لَا تُبْصِرُونَ «Məgər bu sehrdir, yoxsa siz görmürsünüz?!»

Sonra onları daha da çox danlamaq üçün deyirlər:

اصْلَوْهَا فَاصْبِرُوا أَوْ لَا تَصْبِرُوا سَوَاء عَلَيْكُمْ إِنَّمَا تُجْزَوْنَ مَا كُنتُمْ تَعْمَلُونَ

Yə`ni, sizin üçün fərqi yoxdur, istər səbr edin, istərsə də səbr etməyin. Hər iki halda gərək Cəhənnəm odunu dadasınız.

Siz yalnız etdiyiniz çirkin əməllərin qarşısında cəzalanırsınız. Qışqırsanız da, qışqırmasanız da Cəhənnəmin odunu dadacaqsınız!

Dözsəniz də, dözməsəniz də Cəhənnəm odunu dadın!

Səbrin o dünyada yox, bu dünyada qiyməti vardır. Cəhənnəmdə Cəhənnəm əhli səbr etsələr də, etməsələr də, (hər iki halda) əzabları azalmayacaq.

Dünya ilə Cəhənnəmin fərqi budur ki, əgər Cəhənnəmdə qışqırsalar, səbirsizlik etsələr şeytanın danlağı, məzəmməti ilə üzbəüz olacaqlar.
Cəhənnəmin hər şeyi əzabdır. O cümlədən, əzaba görə səbirsizlik etsələr də onların fəryadına e`tina etməyəcəklər. Əgər səbr etsələr də bağışlanmayacaqlar. Amma bu dünyada insan bir an səbr etsə Allah-Taalanın həmişəlik lütfünə nail olması mümkündür. Başqasını vura bilər, amma vurmur, naməhrəm qadına baxa bilər, amma baxmır və ya sübh tezdən, ya gecə yarısı həddindən artıq yuxuya meyli vardır, amma ayağa qalxır namaz qılır, oruc tutur və aclığa dözür. Sözün qısası səbr etmək yaxşıdır. Baş vermiş müsibətdə Allaha xatir səbr edir, dözür, ürəyi yanır, ağlasa da fəryad etmir. Bu cür səbr çox qiymətlidir.

«İnnəlllahə məəs-sabirinə».

Səadətin zəminəsi dünyada səbrdir Bu cür ayələr ki, (səbr haqqında) Qur`anda zikr olunur, iman və təqva əhli bu ayələri oxuyanda özlərini eybsiz bilmirlər. Həqiqətən, kim bilir ki, imanla dünyadan gedəcək? Mö`min gərək həmişə diqqətli olsun, yadında olsun, elə ki, Qur`anda əzab ayələrinə çatır belə desin:

Ya Allah, Sən mənə nicat ver! Məni imanla dünyadan apar!
 
Category: Diger me'lumatlar | Baxış: 829 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]