Əsas səhifə » 2011 Yanvar 4 » Cəbrail kimdir?
3:22 PM Cəbrail kimdir? | |
CƏBRAİL-ƏRƏB DİLİNDƏ "ALLAH ADAMI" mənalarını ifadə edir.O, Allaha yaxın olan dörd mələklərdən biri və onlardan Allaha ən yaxın olandır.Vəhy mələyi, Allaha Peyğəmbər (s.ə.s)arasında vasitəcidir.Qurani-Kərimdə Cəbrail adınaüç yerdə rast gəlincə də,ümumilikdə onlarla əlaqəli 18 ayə nazil olmuşdur: "Bəqərə", 87, 97, 98, 253; "Nisa", 17; "Maidə",110; "Nəhl";2, 102; "Ənkəbut", 17, 19; "Şüəra" 193; "Ğafir", 15; "Nəcm",6; "Təhrim", 4; "Məaric", 4; "Nəbə", 38; "Təkvir", 19; "Qədr", 4. Qeyd olunan alələrdə vəhy mələyi bu adlarla təqdim olunmuşdur: Ruhul-Qudus, Ruhul-Əmin, Ruh, Elçı, Namusi-Əkbər, Əzəmətli-Ruh. Həzrəti Cəbrail Peyğəmbərlərə vəhy nazil etməklə yanaşı, Allahın izni ilə bir çox işlərdə də onlara kömək etmiş, ölümdən nicat vermiş, qövm və düşmənlərini həlak etmişdir. Həzrət Cəbrail ilk dəfə Peyğəmbərin (s.ə.s) görüşünə Məkkənin yaxınlığında yerləşən Hira dağına gəlir və Allah tərəfindən nazil olan "Ələq" surəsini çatdırır. O, Peyğəmbərin (s.ə.s) görüşünə gəldiyi zaman əməli saleh səhabə Dihyə Kəlbinin surətinə düşərdi. Yalnız ilk dəfə Hira dağına gəldikdə və Merac gecəsi öz surətində gəlir. Hz. Cəbrailin Muhəmməd peyğəmbərlə (s.ə.s) görüşü 23 il davam edir və bu müddət ərzində Quran taç şəkildə nazil olur. Bununla yanaşı, hər Qədr gecəsində Onun yanına gələr və o vaxta qədər nazil olan Quran ayələrini Peyğəmbərə (s.ə.s) təkrar etdirərdi. Peyğəmbər (s.ə.s) dünyasını dəyişdiyi il Onun yanına son dəfə gəlir və Quranı ona oxutdurur. Hz. Cəbrail Adəm Peyğəmbərə (ə) on iki, Nuh Peyğəmbərə (ə) əlli dəfə, İbrahim Peyğəmbərə (ə) qırx, Musa Peyğəmbərə (ə) dörd yüz dəfə, İsa Peyğəmbərə (ə) on, Hz. Muhəmmədə (s.ə.s) isə iyirmi dörd min dəfə nazil olaraq onlara İlahi hökmləri çatdırmışdır. | |
|
Total comments: 0 | |