Əsas səhifə » 2010 Aprel 28 » Bu gun xanim Zehra (e) shehadeti gunudur
5:37 AM Bu gun xanim Zehra (e) shehadeti gunudur | |
![]() shehadeti gunudur.
Həzrət Fatimə (s) öz mübarək və İlahi yola həsr olunmuş həyatının son dövründə artıq geri dönməz itkilərin baş verdiyindən və Həzrət Əli (ə) üçün önəmli bir iş görə bilmədiyinin anlamından dərin iztirab keçirirdi.O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş durumda qoyulmasın, amma artıq öz son cəhdlərindən də ümidini kəsmişdi.Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə Yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının rehləti ilində, uşaqlarını öpüb onlarla vidalaşdı Zəhra..:Daha doğrusu vidalaşdırdılar. Hamı bilir ki, Peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun nəinki tək özünü, hətta qoynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və həyat yoldaşının qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən ağlasığmaz mənəvi müsibətlərə məruz qalmış və bu azmış kimi, mübarək vücudu qapı arxasında qalıb zərbələnmişdi.
![]() Allahum mesalli ela Muhemmed ve Ali Muhemmed!
| |
|
Total comments: 0 | |