Bazar günü, 2024-12-22, 11:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 24 » Bu gün Xanım Fatimənin (s.ə) mövludu günüdür
5:38 AM
Bu gün Xanım Fatimənin (s.ə) mövludu günüdür

Bu gün Xanım Fatimənin (s.ə) mövludu günüdür

 

[ Həzrət Fatimə (s.ə) besətin 5-ci ilində cəmadius-sani ayının 20-si dünyaya gəlib. Dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə.) mübarək mövlud günü İslam aləmində Xanımlar bayramı kimi də qeyd edilir.
Xanım Fatimənin (s.ə.) dünyaya gəldiyi gün – İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah Təala xanım Fatimənin (s.ə.) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-Kərimin «Kövsər» surəsini nazil edir.

"Həqiqətən biz sənə kövsər əta etdik. (Çoxlu xeyir, sabit din, baqi kitab, sonsuz elm, Həzrət Fatimeyi-Zəhranın (salamullahi-əleyha) günü-gündən artan baqi nəslini, ümmətin alimlərini, Kövsər hovuzu və Cənnətdə çay əta etdik). Odur ki, (şükranlıq üçün) Rəbbinə itaət et və namaz qıl, (ona təkbir deyərək) qurban kəs. Həqiqəqətən sənin düşəmənin özü sonsuz və nəsli kəsilmişdir", Kövsər surəsi.

Xanım Xədicə Peyğəmbərlə (s) izdivac qurandan sonra Məkkə qadınları ondan uzaqlaşmağa başladı. Və onun evinə gediş-gəlişi də kəsdilər. Xanım Xədicə bu olaydan çox üzüldü. Amma bu nigarançılığın ömrü Xanım Fatimənin (s.ə) onun bətninə düşməsinə qədər oldu. Belə ki, hələ pak anasının bətnində olan Xanım Fatimə (s.ə) anası ilə söhbətləşir və ona ürək-dirək verirdi. Xədicə də bu mətləbi Peyğəmbərdən (s) gizlədirdi. Bir gün Peyğəmbər (s) evə daxil olanda Xədicənin kiminləsə danışdığını eşitdi. Və ondan kiminlə danışdığını soruşdu. Xədicə də bətnindəki körpə ilə danışdığını və bu körpənin ona həmdəm, həmsöhbət olduğunu bildirdi. Bunu eşidən Peyğəmbər (s) buyurdu: "Ey Xədicə, Cəbrayil (ə) indicə nazil oldu və sənin bətnindəki körpənin qız olduğunu və bizim mübarək, pak nəslimizin də bu uşaqdan olacağını bildirdi. Allah-təala tezliklə mənim nəslimi onun vasitəsilə dünyaya gətirəcək. İmamlar onun nəslindən dünyaya gələcəklər. Allah-təala mənə olunan vəhy kəsildikdən sonra (mənim vəfatımdan sonra) onları yer üzündən mənim canişinim və xəlifələrim qərar verəcəkdir. Allah onun övladlarını ümmətin imamları və yer üzərində öz xəlifəsi qərar verdi".

İslam Peyğəmbəri Hz. Məhhəmməd (s) dəfələrlə mühacir və ənsarların qarşısında Fatiməni (s.ə) "Yaranışdan bu günə qədər dünya qadınlarının zinəti", "dünyanın ən fəzilətli xanımı" və "Cənnətin ən fəzilətli qadını" kimi tərif etmişdi.

Peyğəmbərin xanımı Aişə buyurur ki, Fətimə (s.ə) hər dəfə Peyğəmbərin (s) yanına gələndə Peyğəmbər (s) yerindən qalxar və onun əlindən, üzündən öpərdi. Və onu öz yerində otuzdurardı. Həmçinin Xanım Aişə buyurub: "Heç kəsi Fatimə (s.ə) qədər Peyğəmbərə (s) oxşayan görməmişəm. Peyğəmbər (s) Cənnət ətrini duymaq üçün həmişə Fatiməni (s.ə) öpərdi. "Cənnətin iyini Fatimədən (s.ə) alıram. Fatimə (s.ə) cənnət qadınlarının başında gəlir. Fatimə (s.ə) asimani bir insandır", - deyərdi.

Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir". "Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incitsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur".


Hazırladı Emin Nasir.
Mənbə: Biharul-Ənvar, Kafi və digər mütəbər mənbələr.

deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 848 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]