Cümə günü, 2024-04-26, 10:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2010 » Sentyabr » 9 » Bu gün Ramazan bayramıdır
5:16 AM
Bu gün Ramazan bayramıdır
 
Bu gün Ramazan bayramıdır
Allah oruclarınızı qəbul etsin, bayramınız mübarək olsun!
 
 
Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri - Ramazan bayramıdır. 11 ayın sultanı Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq səhər sübh namazını qılır, oruc tutur, axşamlar isə iftar açaraq yenə namaz qılaraq Allah qarşısında mənəvi borclarını yerinə yetirdilər.

Ramazan orucunu tutanlar, bu gün sevinc, könül xoşluğu, mənəvi rahatlıq içindədir. Bu müqəddəs ayda İslam ölkələrində oruc tutanların sayı, ümumi əhalinin 90-95 faizini təşkil edir. Bir neçə saat qidadan uzaq olan imanlıları yalnız ibadət maraqlandırır. Yəni onlar pis əməllərdən çəkinir, içkidən, yeməkdən uzaq olur. İftar süfrəsi açıb, ehtiyacı olanlara kömək edir. Mərhəmət, xeyir-bərəkət, səbr, yaxşılıq ayı olan Ramazanda hər kim oruc tutan birinə iftar veribsə, günahlarının bağışlanmasına və cəhənnəmdən xilas olması istiqamətinə böyük iş görmüş olur.

Allah oruclarınızı qəbul etsin, bayramınız mübarək olsun!

ans.az
Category: Diger me'lumatlar | Baxış: 827 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 1
0  
1 Ənfal   (2010-09-09 11:42 PM) [Daxil et]
_Nur_ Va aleykum salam və rəhmətullah! İnşeallah fani dünyamızda ALLAH daim köməkçin olsun. Ramazan bayramin mubarek! hello

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]