Cümə günü, 2024-04-26, 9:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Avqust » 7 » Bu gün ilk Qədr gecəsidir
11:48 AM
Bu gün ilk Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir

  Mübarək Ramazan ayının şah zirvəsi olan Qədr gecələri yaxınlaşmaqdadır. Qədr gecəsi elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət etməkdən üstün olduğu buyrulub. Bu, elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecədə təyin edilir. Bu, bir gecədir ki, onda Quran nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qurani-şərifin özündə bildirilir.
Bu gün ilk Qədr gecəsidir. Belə ki, Qədr gecəsi üçün əhyalar Ramazan ayının 18-dən 19-na (bu il üçün avqustun 7-dən 8-nə), 20-dən 21-nə (avqustun 9-dan 10-na), 22-dən 23-nə (avqustun 11-dən 12-nə) keçən gecələri əhatə edəcək. 

/Deyerler.Org/


Category: Diger me'lumatlar | Baxış: 935 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 1
+1  
1 leyl   (2012-08-07 5:32 PM) [Daxil et]
melumat ucun chox saqolun

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]