Bazar günü, 2024-12-22, 10:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » May » 14 » Bu 5 şəxs İslamı niyə qəbul edib?
5:23 AM
Bu 5 şəxs İslamı niyə qəbul edib?

 Braziliyalı Əhməd Qarsiya: "Dostum Amazon hövzəsindəki ibtidai icmaların necə yaşadığına dair diplom işi hazırlamalı, mən isə onu müşayiət etməli idim. Yola çıxmadan əvvəl başqa bir dostum ad günümdə mənə "Amazonda kitab oxumaq üçün bol vaxtın olacaqdır. Bu, müsəlmanların kitabıdır. Bəlkə də axtardığın sualların cavabını bu kitabda tapacaqsan” -deyərək, mənə bir Quran hədiyyə etmişdi. O müsəlman deyildi. Hətta Qurani-Kərimi mənə hədiyyə etməkdən qabaq onu oxumamışdı. Sadəcə, dinlərə maraq göstərdiyimdən xəbərdar olduğuna görə mənə Quran hədiyyə etmişdi. Mən Quranı çantama qoyub dostumla birlikdə yola düşdüm və Amazonda yerli əhali ilə birlikdə yaşamağa başladıq. Yerlilərin həyatı olduqca sadə, ancaq xoşbəxt bir həyat idi. Onlar ocağı çubuqla yandırırdılar, ov heyvanları ilə qidalanırdılar. Lakin bir-birilərinə çox vaxt ayıra bilirdilər. Digər tərəfdən, onlar təbiətə və torpağa çox böyük dəyər verirdilər. Bir müddət keçdikdən sonra dostumun mənə hədiyyə etdiyi Quranı xatırladım. Onu açdım. Elə ilk cümləni: "Aləmlərin rəbbi olan Allaha həmd olsun!” ayəsini oxuduğum zaman tüklərim biz-biz oldu. Mən bu ayə barəsində xeyli vaxt fikirləşdim. Qurani-Kərim sanki məni məftunlamışdı. 


"Aləmlərin rəbbi olan Allaha həmd olsun!” Bu ayə mənim bütün həyatımı dəyişdirdi. Bir çox insan öz-özünə "Haradan gəlirəm?”, "Kiməm?”, "Haraya gedirəm?” kimi suallar verir, bu suallara cavab tapmağa çalışır. Məni maraqlandıran əsas sual "Yaradan kimdir?” idi. Bu aləmi yaradan, hər şeyi inşa edən bir varlıq olmalı idi. Ancaq bu yaradan kimdir? "Aləmlərin rəbbi olan Allaha həmd olsun!” ayəsini oxuduğum zaman öz-özümə "Aləmlərin rəbbi olan Allah mənim axtardığım Yaradandır” dedim. "Bu kitabın ilk bölümü bu dərəcədə təsirlidirsə, görəsən, digər ayələr necədir?” deyə fikirləşdim və Quranı oxumağa davam etdim. Bəzi ayələr mənə o qədər təsir edirdi ki mən, özümü saxlaya bilmir, ağlayırdım".

Pyer Voqel: "Allah bizə insanlara kömək etməyimizi əmr edir. Bunu etmədiyiniz təqdirdə günah edəcəyinizi bildirir. Dünən təşkil etdiyimiz konfransda 10 nəfər müsəlman olub. Məqsədimiz bütün Almaniya əhalisi müsəlman olana qədər konfrans verməyə davam etməkdir. Mən İncili oxumuşam. İslamı qəbul etməzdən əvvəl Qurani-Kərimi də üç dəfə oxumuşdum. Sonda İslamın Allaha aparan həqiqi yol olduğunu gördüm. İnsanların İslamı qəbul edərək, qaranlıqdan – xristianlıq və yəhudilik kimi dinlərdən, eləcə də atezimdən uzaqlaşaraq, bir nur olan İslama gəldiklərini gördükdə özümüzü xoşbəxt hiss edirik. İnsanların cəhənnəmdən qurtulmaları üçün nə isə bir iş görmək insana böyük zövq verir. Mənimlə birlikdə çalışan həmkarlarım indiyə qədər 36 min insanın İslamı qəbul etməsinə səbəb olduğumu hesablayıblar. Mən bu qədər olduğuna inanmıram. Bu, olduqca yüksək bir rəqəmdir. Bunun qərarını Allah verəcəkdir. Ancaq məqsədimiz bu rəqəmin 36 milyona çatmasıdır”.

26 yaşlı hollandiyalı xanım Meranda Xautenbos: "İslam dini ilə isə ABŞ-da 11 sentyabr hadisələrindən sonra maraqlanmağa başladım. Bu din ətrafında müxtəlif şayiələr gəzməyə başladığı zaman, mən KİV-lərin verdiyi məlumatlara əhəmiyyət vermədim və İslam dininin başlıca mənbələrinə müraciət etmək qərarına gəldim. Mən, həmçinin evimin yaxınlığında yerləşən məsciddə olan dindarlardan da çoxlu dəyərli məlumat əldə etdim. Bütün bunların nəticəsində mən İslamı qəbul etdim. Bu, mənim könüllü seçimimdir və İslamı məntiqli olaraq qəbul etmişəm".

Tanınmış ateist professor Periyadarşan: "Qurani-Kərim yeganə kitabdır ki, bizim dövrümüzə qədər, İslam peyğəmbəri Həzrəti Muhəmmədə (s) Allah tərəfindən göndərildiyi formada çatıb. Mən ona görə İslamı qəbul etmişəm ki, bu din, Allah tərəfindən göndərilmiş və heç bir dəyişikliyə uğradılmamış müqəddəs kitaba – Qurani-Kərimə əsaslanır. Müxtəlif dinləri araşdıran bir insan kimi, əminəm ki, digər dinlərin müqəddəs kitabları çoxlu sayda təhriflərə məruz qalıb".

25 yaşlı almaniyalı xanım Marzena Maqdelana: "Antalyada bir məscidi ziyarət etdiyim zaman orada Qurani-Kərimin almanca yazılmış "İxlas" surəsini oxudum və bundan sonra İslamı qəbul etdim. İslam dinini özümün azad iradəm nəticəsində qəbul etdim. Həmin surədəki, Allahın varlığını və birliyinin çatdırılmasından çox təsirləndim. İslam dinindəki, Allah və Peyğəmbər (s.ə) inancını çox sevdiyim üçün müsəlman oldum".


deyerler.org

Category: Diger me'lumatlar | Baxış: 933 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]