BOŞANMA UŞAQLARA MƏNFİ TƏSİR GÖSTƏRİR!
Boşanmadan öncə səhərdən axşama qədər edilən davalar, dilə gətirilən təhqirlər və sonda boşanma uşağın heyatını alt-üst edir. Bu vəziyyətlə üzləşən uşaq dərslərində də müvəffəqiyyət əldə edə bilmir. Əgər uşaq yaşadığı çətinlikləri dilə gətirə bilmirsə, bu onda psixoloji xəstəliklərin yaranmasına səbəb olur. Ailə parçalandıqdan sonra valideynlərin məsuliyyətə daha da artır. Boşanmadan öncə çalışmayan ana, maddi ehtiyacları qarşılamaq üçün işləmək məcburiyyətində qala bilər. Evin ehtiyaclarını təkbaşına ödəməklə siz övladlarınızın tərbiyəsi ilə məşğul olmağa vaxt ayıra bilməyəcəksiz. Bütün bunlar gələcəkdə övladlarınıza mənfi təsir göstərəcəkdir. Araşdırmalar zamanı məlum olub ki, qatillərin, oğruların əksəriyyəti boşanmış ailələrdən çıxır.
2 yaşa qədər uşaqlarda - Bu yaş dövründəki uşaqların baş verən hadisələrin anlamadıqları fikri yanlışdır. 2 yaşa qədərki uşaqlar hər zaman valideynlərinin diqqət mərkəzində olmaq istəyirlər. Ailə parçalandıqdan sonra bu yaş dövründəki uşaqların davranışındakı dəyişiklər müşahidə olunur. Tez-tez ağlama, yuxu pozğunluğu və oyuncaqlara qarşı marağın itməsi halları baş verir.
3-6 yaş arası uşaqlarda - Məktəbəqədərki uşaqlara ailənin dağılması ən ağır şəkildə təsir edir. Bu yaşdakı uşaqlar valideynlərinin ayrılmasında özlərini təqsirkar bilirlər. Uşaq ağılları ilə "Mən dəcəllik etdim, valideynlərim bu səbəbdən dava edib, boşandılar" - deyə düşünürlər.
7-12 yaş arası uşaqlarda - Bu yaş dövründəki uşaqlar hər nə nə qədər valideynlərinin ayrılma səbəblərini anlamağa çalı.salar da, əksinə, onlardan ayrı qalmaq fikri uşaqları məhv edir. Valideynlərinə qarşı nifrət hissi yaranır və özlərini tərkedilmiş hiss edirlər. Baş verən hadisələrdən valideynlərini günahlandırırlar. Valideynlərin birinin tərəfini saxlayıb digərinə düşmən kimi davrana bilərlər. Bundan başqa, dərslərində də müvəffəqiyyət qazana bilmirlər.
13-18 yaş arası - Yeniyetməlik dövrü ilə əlaqədar sıxıntı çəkən uşaq ailəsinin parçalanması ilə daha böyük stress və mənəvi travma alır. Ailə fərdlərindən uzaqlaşaraq, dostları ilə daha çox vaxt keçirməyə başlayırlar. Bu yaş dövründəki qızlar ana və atasının boşanmasını daha həssas qarşılayırlar. Valideynlərinə inamı itir və özünə dayaq ola biləcək əks cins nümayəndəsi axtarır. Bəzən bunun ağır nəticələri müşahidə edilir. Oğlanlar isə evdən uzaqlaşaraq pis insanların əhatəsinə düşə bilər. Həm oğlanlarda, həm də qızlarda narkotik vasitələrdən istifadə və özünəqəsd halları müşahidə edilir.
Əlbəttə, bütün bunları yaşamağı heç kim istəməz. Sizə məsləhətimiz qəti qərarlar qəbul etmədən öncə 100 ölçüb 1 biçməyə çalışın!!!
|