Bazar günü, 2024-12-22, 8:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 6 » Böhtan epidemiyası
6:16 PM
Böhtan epidemiyası


Cəmiyyətimizi içdən yeyən mənəvi ağrılardan biri də böhtandır. Siyasi qarşıdurmalar fonunda böhtan öz pik həddinə çatıb. İnsanlar hətta bir-birlərinin namusunu hədəfə alaraq böhtan deyirlər.
Allahın peyğəmbəri (s) Əbuzərə xitabında buyurmuşdur: "Ey Əbuzər! Qeybət etməkdən çəkin. Çünki qeybət zinadan daha pisdir”. Əbuzər soruşur: "Ey Allahın peyğəmbəri, qeybət nədir?” Buyurdu: "Qeybət budur ki, qardaşın haqqında onun xoşlamadığı bir sözü deyəsən”. Ərz edir: "Ey Allahın peyğəmbəri! Onda olan eybi desəm necə?” Buyurur: "Əgər onda olan şeydən danışarsansa, qeybətini etmisən, əgər olmayandan danışarsansa, ona böhtan atmısan”.
Peyğəmbər (s) böhtan haqqında belə buyurmuşdur: "Kim mömin kişiyə və ya qadına böhtan atsa, yaxud onun barəsində onda olmayan şeyi desə, Allah Qiyamət günü onu həmin kəsin barəsindəki sözünü geri götürənə kimi bir od təpənin üstündə saxlayar”.
Böhtandan çəkinməyən şəxs həya və abrından mütləq kənar olar. Çünki o insanın ki, həyası olmaz, mütləq hər istədiyi işi edə bilər. Nə ətrafındakılardan həya edər, nə də Allahdan. Bu sifətlər şeytana və günaha aludə insane xasdır.
İmam Əli (ə) buyurub: "Böhtan atmaq kimi həyasızlıq və abırsızlıq yoxdur”.
İmam Sadiq (ə) isə buyurmuşdur: "Günahsız adama böhtan atmaq möhkəm dağlardan ağırdır”.


haqyolu.com


Category: Exlaq | Baxış: 865 | Added by: Ənfal | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]