Bazar günü, 2024-12-22, 11:06 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyun » 14 » Bismillah ayəsinin açılmayan sirləri (1)
9:48 AM
Bismillah ayəsinin açılmayan sirləri (1)
O məktub Süleymandandır və o "bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır).("Nəml" 30)
Bismillahir-rəhmanir-rəhim zahiri mənası: Bağışlayan və rəhm edən Allahın adı ilə! Ayənin əvvəlində istifadə olunan "bə" hərfi (la-lə) şəkilçisi rolunu aynayır. Ərəb dilində buna "ilhaq" deyilir ki, bu da bir şeyi başqası ilə birləşdirmək, əlaqələndirmək funksiyasını daşıyır. Başqa sözlə desək, iki şey arasında körpü və əlaqə yaratmaq üçün istifadə olunur. Bəs "Bəsləmə" (Bismillah) nəyi və nəyə bağlıdır?
"Bəsmələ" nin sirri də elə bundadır. "Bəsmələ" nin bütün hikməti həmin "bə" hərfindədir. "Bəsmələ" həyatı Allaha, qəlbləri Rəbbinə, məxluqu (yaradılmışı) xaliqə(Yaradana), faniliyi əbədiyyətə, dünyanı axırıtı başlayan qırılmaz əlaqədir. Bu məna da "Bəsləmə" bir həyat fəlsəfəsidir. "Bəsləmə" li insan Allahlı insan deməkdir. Elə bu səbəbdən də Peyğəmbər (s.ə.s) hər bir işə başlayarkən bu zikri dilinə gətirər və səbəblərini də həmin işə sövq edərdi.  Çünki, "Bəsləmə" ilə başlanan iş Allaha həvalə olunan işdir. Yəni "bütün işlərimi Allah sayəsində, Onun razılıq və nəzarəti altında görürəm"-deməkdir. Əgər onun mənə bəxş etdiyi maddi-mənəvi  nemətlər olmasaydı, mən onların öhdəsindən gələ bilməzdim" deməkdir. Odur ki, "Bəsləmə" bu məna da, həm də müəyyən mənada Allaha təşəkkürdür. "Bəsləmə" həm də "Ey Rəbbim, Sənin köməyini istəyirəm"-duasıdır. Allahın razı olmadığı bir iş Allahın adı ilə başlanmaz. Həyatı "Bəsləmə"li olan bir insan "Hesab verə biləcək bir həyat yaşamışdır"-deməkdir.


Tövbə surəsi istisna olmaqla, Quranın bütün surələri 
"Bismillahir-rəhmanir-rəhim" ayəsi ilə başlanır.
İSİM  _ ayədə istifadə olunan "İsim" sözünə hər bir adın verilməsinə dair iki müxtəlif fikir irəli sürülmüşdür. Bu fikirlər arasında müəyyən fərqlər olsa da, mənalar arasında sıx bağlılıq da nəzərə çarpır.
1. İsim - yüksəklik, zirvə və ucalıq mənalarını verən "sumuv" sözündən götürülmüşdür. Əgər isim sözünün kökü "sumuv" a uyğun gəlirsə, bu o deməkdir ki, isim sahibi olan aşyanın özünəməxsus üstünlüyü olmalıdır. Belə ki, "sumuv" şərəf və isim sahibi olmaq anlamındadır.

2. Əgər isim sözünün kökü əlamət və nişanə mənalarını ifadə edən  "vəsm" dən götürülmüşsə, bu halda əşyanın ismi onun əlaməti anlamındadır. Başqa sözlə desək, əşyanın ismi onun nəyə qadir olduğunu və hansı xüsusiyyətləri özündə əks etdirdiyindən xəbər verir. Hər iki məna arasında bağlılığa gəldikdə isə bunu demək kifayətdir ki, hər varlıq öz adı ilə ucalmaqla yanaşı, özünəməxsus əlamətlərlə də başqalarından fərqlənə bilir.

ALLAH - sözü xüsusi isimdir.  Qurani-Kərimdə bu ada 2000-dən artıq yerdə rast gəlmək olur. Allah- xüsusi isim olmaqla yanaşı, bütün gözəl adları özünə sifət olaraq qərar verməkdədir. Bunun üçün Allahu xalidun (Allah-yaradandır), Allahu alimun (Allah hər şeyi biləndir, alimdir), Allahu razidun (Allah ruzi verəndir), Allahu rəhimun (Allah rəhm edəndir) və s. deyə bilərik. Yeni Allaha aid bütün keyfiyyətləri bu ada sifət olaraq aid edə bilərik. Qdur ki, Allah sözü isim kimi Allahdan qeyri varlıqlar üçün istifadə oluna bilməz. Bu isim cəm halda da işlədilməz. Yeni heç vaxt "Allahlar" sözündən istifadə olunmaz.

ALLAH - ləfzi cəlalənin yerini heç bir isim tutmur. Eyni qaydada olaraq onu başqa bir isimlə əvəz etmək olmaz.

Allahın Peyğəmbəri (s): «Bismillahir rəhmanir rəhim»lə başlayan dua geri qaytarılmaz». (əd-Dəəvat, səh.52, hədis 131)

Ardı var...

Category: Diger me'lumatlar | Baxış: 1188 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]