Əsas səhifə » 2012 May 6 » Bir neçə il zindanda qalmalısan!
3:41 PM Bir neçə il zindanda qalmalısan! | |
![]() Yusif peyğəmbər Quranda buyurulduğu kimi böyük məqama və ali mənəvi dərəcəyə yetişmişdi. Buna baxmayaraq, zindan yoldaşlarından birinin azad olacağını bildikdə, Misir sultanına onun haqqında da danışmağı rica etdi. Qurani-Kərimdə bu haqda belə buyurulur: «(Yusif) bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə (şərab paylayana) dedi: «Ağanın yanında məni də yada sal!» Lakin Şeytan ona ağasının yanında (Yusifi) yada salmağı unutdurdu və buna görə də o (Yusif) bir neçə (yeddi və ya on iki) il zindanda qaldı.» (Yusif - 42). «...Bir neçə müddətdən sonra yadına düşdü ki, Yusif neçə illərdir zindandadır.» (Yusif - 45). İmam Sadiq (ə) Yusifin Allahdan başqasına sığınması haqqında buyurur: Cəbrail Yusifin yanına gəlib dedi: -Kim səni insanların ən gözəli etdi? Yusif dedi: -Allah. Cəbrail: -Kim sənin məhəbbətini atanın qəlbinə saldı? Yusif: -Allah. Cəbrail: -Səni quyudan çıxarmaq üçün karvanı sənə sarı kim yolladı? Yusif: -Allah. Cəbrail: -Səni (quyunun ağzından atılan) daşdan kim qorudu? Yusif: -Allah. Cəbrail: -Səni quyudan kim çıxartdı? Yusif: -Allah. Cəbrail: -Misir qadınlarının məkr və hiyləsini səndən kim uzaqlaşdırdı? Yusif: -Allah. Cəbrail dedi: -Allahın soruşur ki, bəs niyə məndən başqasına rica etdin, amma məndən istəmədin? Bax, buna görə də gərək bir neçə il zindanda qalasan! Erfan.ir haqyolu | |
|
Total comments: 0 | |