Bazar günü, 2024-12-22, 2:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 17 » Bir hədisin izahı
12:55 PM
Bir hədisin izahı
 Bir hədisin izahı
 
Şiə və əhli-sünnə firqələri arasında ixtilafa səbəb olan məsələlərdən biri də cəbr və ixtiyar məsələsidir. Əhli-sünnə Əhli-beyt (ə) yolundan ayrıldığına görə bu problemi həll edə bilmədi və nəticədə onların bəzisi (Əşairə və Cəbrilər) cəbri bəzisi isə (Mötəzilə) ixtiyarı qəbul etdi.

Bu etiqadların yaranmasının iki əsas səbəbi var:

1-Bəzi ayə və hədislərin düzgün dərk edilməməsi;

2-Bəzi hakimlər öz zülmlərini izah etmək məqsədi ilə belə əqidələri insanların beyninə yeritmişlər. Məsələn: Müaviyə camaata zülm edir və onlara zülmə tabe olmağa məcbur olduqlarını bildilirdi.

Şiə məzhəbi isə bu məsələni həzrət Əlinin (ə) kəlamından istifadə edərək asanlıqla həl etdi. Həzrət buyurur: Nə cəbr və nə itxiyar, bu ikisinin arası. Hədisdə məqsəd budur ki, insan nə tam surətdə məcburdur və nə tam surətdə ixtiyara malikdir. O, Allahın qüdrətindən asılı olan ixtiyarın sahibidir.

Amma bütün bunlara baxmayaraq, həzrət Peyğəmbərdən (s) "Bədbəxt ana bətnində bədbəxt və xoşbəxt ana bətnində xoşbəxt olur." kimi bəzi hədislər də nəql olunmuşdur. Bu hədislər bəzi insanları şübhəyə salmış və insanın məcbur olması kimi başa düşmüşlər.

Hədisin izahı:

Hədisi qəbul etməyin iki mühüm yolu var. Onun sənədi və mətnin düzgünlüyü. Qeyd olunan hədisin sənəd və mətn cəhətindən heç bir problemi yoxdur.

Alimlər hədisə müxtəlif izahlar vermişlər. Burada onların bir neçəsinə işarə edirik:

1-Əllamə Təbərsi: Hədisdə məqsəd insanın gələcəyindən xəbər verməkdir. Yəni insan günah etməyin təsirindən bədbəxt olacaq və bu günahlar onu cəhənnəmə sürükləyəcək. Necə ki, yaşlı atası olan şəxsə deyirlər: "O, yetimdir" Yəni tezliklə yetim olacaq.

2-Ayətullah Yəqub Cəfəri: Bu hədisin müqabilində başqa hədislər də vardır ki, onların köməyi ilə qeyd olunan irad aradan qalxır. İbn Əbi Umeyr deyir: İmam Kazimdan (ə) Peyğəmbərdən (s) nəql olunan bu hədisin mənasını soruşdum. "Bədbəxt ana bətnində bədbəxt və xoşbəxt ana bətnində xoşbəxt olur."

İmam buyurdu: Bədbəxt o kəsdir ki, anasının bətnində olanda Allah-təala bilir ki, həmin şəxs gələcəkdə bədbəxtlərin gördüyü işləri edəcək və xoşbəxt o şəxsdir ki, anasının bətnində olanda Allah-təala bilir ki, o gələcəkdə xoşbəxtlərin gördüyü işləri görəcək.

Bu hədisə əsasən Peyğəmbərin (s) məqsədi budur ki, Allah-təala insanın gələcəkdə öz istəyi və ixtiyarı ilə hansı yolu seçəcəyini bilməsidir: iman yolun yoxsa azğınlıq yolunu?

Ayətullah Misbah Yəzdi: Misbah Yəzdi, bu hədisin mənasını iki sadə cavabla izah edir:

1-Bunu şəraitlə əlaqələndirmək olar, amma tam səbəb və amil hesab etmək olmaz; Buna misal olaraq saleh və zinakar ata-anadan dünyaya gələn uşaqları qeyd etmək olar. Əgər uşaq saleh valideyndən dünyaya gəlsə, gələcəkdə xoşbəxt olacaq. Əgər zinakardan dünyaya gəlsə, bəxbəxt olacaq. Bu halların heç birində məcburiyyət yoxdur.

2- Allah-təala əvvəldən bilirdi ki, kim öz istəyi ilə yaxşı, ya pis yolu seçəcək.

Əllamə Təbatəbai: Əgər insanın nütfəsi pak olsa və sağlam rəhimdə bəslənsə, körpəlik və ondan sonrakı dövrlərdə pak maddələrlə qidalansa və sağlam mühitdə böyüsə, onda insanlıq yolunu qət etmək üçün daha çox istedad yarnacaq. Əgər bunun əksinə olaraq nütfəsi aludə və napak rəhimdə bəslənsə, sağlam şeylərlə qidalanmasa və pis mühitdə yaşasa, onda bu istedad və dərk olmayacaq. Əlbəttə, qeyd olunanları tam səbəb və amil hesab etmək olmaz.

Alimlərin verdiyi izahlardan iki nəzər ələ gəlir:

1- Hədis insanın əməllərində məcbur olmasına dəlalət etmir. Onun mənası budur ki, Allah-təala insan o öz istəyi ilə gələcəkdə xoşbəxt ya bədbəxt olacağını bilir. Bu nəzər ümumi nəzərdir. Onu hər bir məsələyə tətbiq etmək olar. Çünki Allah-təalanın elmi bütün məsələlərə şamil olur. Ona görə də bu cavabı təkcə qeyd olunan məsələyə aid etmək olmaz.

2- Alimlərin bəzisi hədisi belə izah edirlər:  İnsanın xoşbəxt və bədbəxtliyinin amillərindən biri onun valideynləridir. Əgər valideynlər nütfə bağlanan gündən uşaq düyaya gələnə qədər bəzi günahları etsələr bu, onun gələcəkdə bədbəxt və ya xoşbəxt olmasına təsir göstərəcək. Bu izah məsumların kəlamlarında da öz əksini tapmışdır. Amma eyni zamanda qeyd etmək lazımdır ki, sözügedən təsiri heç zaman tam səbəb və amil hesab etmək olmaz.

ihq.az

Category: Diger me'lumatlar | Baxış: 853 | Added by: Mursəlat | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]