Bazar günü, 2024-12-22, 12:08 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 26 » Babil diyarı
4:52 AM
Babil diyarı

Babil -  Fərat çayının şərq sahilində, Bağdaddan 88 km cənubda yerləşir. Tarix boyu baş verən müharibələrdə dəfələrlə yerlə-yeksan edilmiş, lakin yenidən bərpa olunmuşdur. Miladdan əvvəl VII əsrdə qədim Babildən aşağıda təzə Babil şəhəri icra olunur.

Hədislər nə deyir?

 Rəvayətlər

 Rəvayətlərdən belə məlum olur ki, bu şəhərin əhalisi Süleyman peyğəmbərin (ə) zamanında yəhudilərin yaşadıqları ərazilərə getmiş və yerli əhalini cadugərliyə öyrətmişlər. Həzrət İbrahim (ə) uşaq vaxtlarında atası ilə birlikdə Ur şəhərindən Babilə gəlir, bir neçə il burada qalır və ailə qurur. Sonra Kənana müraciət edir. Bu səbəbdən də ibranilər İbrahim peyğəmbəri (ə) özlərinin əcdadı hesab edirlər. Belə ki, onlar İbrahim peyğəmbərin (ə) Babildən olduğunu düşünürlər.

    Eramızdan əvvəl 539-cu ildə İran şahı dara Babilistanı işğal edir. "Bəqərə" surəsinin 102-ci ayəsində Harut və marut adlı mələklərin əhvalatına işarə olunduqda du şəhərin adına rast gəlmək olar.

وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَانَ ۖ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَٰكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ ۚ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

"(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!" 

    Babil  camaatı ulduzlarla dəqiq hesablamalar aparır və ilin fəsillərini müəyyən edirlər. Yerli əhali yeddi əsas ulduza  pərəstiş edər və yer üzündə  baş verən hadisələri onların hərəkəti ilə əlaqələndirirlər. Ay və Günəşin tutulmasını yaxşı mənada yozar və gələcək barədə xəbərlər verərdi. Onlar tarixdə ilk dəfə olaraq ili dörd fəslə, ayları 30 günə bölər və günü 24 saatla hesablayardılar.


Category: Diger me'lumatlar | Baxış: 960 | Added by: Mursəlat | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]