Bazar günü, 2024-12-22, 2:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Yanvar » 4 » Bəhayi əqidəsi
7:41 PM
Bəhayi əqidəsi
   Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

وَالَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا صُمٌّ وَبُكْمٌ فِي الظُّلُمَاتِ ۗ مَنْ يَشَإِ اللَّهُ يُضْلِلْهُ وَمَنْ يَشَأْ يَجْعَلْهُ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

("Ənam" 39)

YARANMA TARİXİ

Bəhalilik ilk dəfə XIX əsrdə (qəməri təqvimi ilə XII əsr) Seyid Əli Muhəmməd tərəfindən meydana gəlir. Seyid Əli 1820-ci ildə (1236 hicri qəməri) Şirazda dünyaya gəlib, 1850-ci ildə dindən çıxdığı üçün Təbrizdə edam olunub. Babilər ona "Həzrət Əli" və "ilk nöqtə" ləqəbi vermişlər. Seyid Əli ibtidai təhsilini Şirazda alır, ərəb dilini öyrənir. Bundan sonra 5 il ticarətlə məşğul olmağa başlayır. Buşehrin qızmar günlərində o, evinin damına çıxır və hind kahinlərini təqlid edərək günəşi ram etməyə başlayır. Buşehrdən Şiraza qayıtdıqdan sonra ticarətdən əl çəkib elm öyrənmək üçün İraqa, oradan  Hicaz və Kərbəlaya yola düşür. Müəllimi Seyid Muhəmməd Kazımi kimi, o da Məsum İmamları İlahiləşdirən Şeyx Əhməd Ehsayinin şagirdlərindən olur. Onun fikrincə, Qiyamətə qədər insanlarla İmam Zaman (ə) arasında ruhi bir vasitəçi olmalıdır. Seyid Kazım vəfat etdikdən sonra Seyid Əli babilik iddiası edir (babilik dedikdə şəxsin İlahi elmlərə yiyələnməsi və İmam Zamana (ə) qovuşması nəzərdə tutulur). Bundan sonra Mehdilik, sonra peyğəmbərlik, ən son mərhələdə isə Allahlıq iddiasına düşür.

İLK DƏVƏT

   Seyid Kazım şagirdlərindən 18 nəfəri İraqa göndərib özü Məkkəyə təbliğata gedir və burada bir çoxlarını öz məsləkinə dəvət edir.
 Bundan sonra Buşehrə (İran) qayıdıb orada məskunlaşır. Onların fəaliyyəti həm müsəlman alimlərini, həm də qacariləri narahat etməyə başlayır. Bu səbəbdən o, Buşehrdən Şiraza sürgün olunur. Amma buna baxmayaraq burada da təbliğatını davam etdirir. Bunun qarşısını almaq məqsədilə Şiraz hakiminin göstərişi ilə onunla Əhli-Bəyt alimləri arasında dini müzakirə təşkil olunur. Yalnız bundan sonra o, özü peşman olduğunu bildirir.
   Lakin bir müddət sonra yenə təbliğatını davam etdirməyə başlayır. Bu dəfə o, həbsə alınır. Əvvəl İsfahanda (İran) dustaq həyatı sürür. Oradan isə Təbrizə aparılaraq Nəsrəddin şahın hüzurunda edam olunur.


 BƏHAİLƏRİN İDDİALARI

  Bəhalilər - belə bir batıl əqidədəndirlər ki, "bəhailik" meydana gəldikdən sonra İslam dini öz qüvvəsini itirib. Onlar hesab edirlər ki, artıq İslam dini sıradan çıxıb. Həzrət Muhəmməddən (s.ə.s) sonra "bəha" dövrü başlayır.Yeni Seyid Əli Muhəmmədin zühuru ilə Allah-Təala yer üzündə yenidən təcəlli edir və ondan sonra aləmdə Hüseynəli Bəha zühur edir. Ondan sonra isə Allah-Təala ən azı, min il yer üzündə heç kimi surətində təcəlli etməyəcək.


BƏHAİLƏRİN İBADƏT VƏ EHKAMLARI

   1. Yetkinlik yaşına çatan hər bir şəxs səhər, günorta və axşam 9 rükət gündəlik vacib namazlarını qılmalıdır.

   2. Qiblələri İsrailin şimalında yerləşən Əkka şəhəridir.

   3. Namaz qılmaq üçün dəstəmaz almaq lazım deyil, lakin dəstəmaz almağa su olmadıqda beş ;" Bismillah əl-əthər" (Allahın adı ilə, təmizlik, təmizlik) zikri deyilməlidir.

   4. Yalnız meyid namazı camaatla qılınır.

   5. Oruc 19 gün oruc tutulur. Bəhailərə görə, hər ay 19 gündən, hər il 19 aydan ibarətdir. İlin günlərinin sayı isə 361-dir. Onların son qorucluq günü Novruz bayramına təsadüf etməlidir.

   6. Bəhalilərin həcc ziyarəti Şirazdakı Seyid Muhəmməd Əlinin doğulduğu və ya Mirzəhüseyn Əli Bəhaullahın İraqda qaldığı mənzildə gerçəkləşir. Bunun üçün onlar xüsusi vaxt nəzərdə tuturlar.

   7. Hər kişinin yalnız bir qadını ola bilər. Lakin müqəddəs kitablarında ədalətə riayət olunduğu təqdirdə iki qadın almağa icazə verilir.

   8. Hər şey, hətta nəcis, qan, donuz və it pakdır.

   9. Bəhailərə görə, qız və oğlan eyni yaşda yetkinlik yaşına çatır və onlar ata malından eyni miqdarda irs aparırlar.

   10. Bəhailərin toplaşdıqları əsas yer Aşqabaddakı (Türkmənistan) "Həzirətulquds" və Çikodakı (ABŞ) "Məşriul ankar" adlanan yerdir.


Category: Diger me'lumatlar | Baxış: 1608 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]