Bazar günü, 2024-12-22, 12:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Aprel » 29 » Bədəvi ərəblər (2)
2:25 PM
Bədəvi ərəblər (2)
Bədəvi ərəblər (2)

    Hələ qədim zamanlardan Ərəbistan yarımadasında yaşayan əhali ərəb adlandırılmışdır. Əhalinin belə adlandırılmasına aid müxtəlif fəzilətlər irəli sürülüb.

    * Yərəb ibn Qəhtan - ərəb millətinin ulu əcdadı.
    Onlardan birində deyilir: "İslamdan çox-çox əvvəl Yərəb ibn Qəhtan adlı bir şəsx bu əraziyə gəlmiş və oranı özünə məskən qərar vermişdir. Və ondan sonra onun övladları "ərəb" adlandırılmışlar".

    * İbrahim Peyğəmbərin (ə) oğlu İsmailə (ə) tövsiyəsi
    Başqa bir rəvayətdə deyilir:" Günlərin biri İbrahim peyğəmbər (ə) yaxınları və dayıları ilə birlikdə olan oğlu İsmaildən soruşur:" Bunlar kimdir?"
    Həzrət İslamil (ə) cavab verir:" Bunlar mənim övladlarım və onların dayılarıdır". İbrahim peyğəmbər (ə) onların səmimiyyətini görüb oğluna deyir:" Ə-rib ləh", yəni onlarla sıx ünsiyyətdə ol. Bundan sonra bu millətə "ərəb" adı verilir.

    * Həzrət İsmaildən (ə) hələ xeyli əvvəl bu ərazinin əhalisi iki hissəyə bölünürdü:
    Aribə ərəbləri (xalis ərəblər) və mustəribə ərəbləri (xalis  olmayan ərəblər). ərəbistanın cənub əhalisi özlərini Qəhtanın ovladlarından, onun özü isə Nuh Peyğəmbərin (ə) beşinci nəvəsi hesab edir. Mərkəz və Şimal ərazilərinin əhalisi, yəni "əbnanilər" isə özlərini İsmail peyğəmbərin (ə) övladları hesab edir.  Hər iki tayfa əsrlər boyu  bir-biri ilə mübarizə aparmış, bu səbəbdən də aralarında düşmənçilik hökm sürmüşdür.

    * Ərəbistan yarımadasında formalaşan  dövlətlər:
   Tarix boyu ərəbistan yarımadasında çox dövlətlər mövcud olmuş və bir çox hallarda onlar bir-birləri tərəfindən sübuta uğramışlar. Tarixi ardıcıllıqla aşağıdakı dövlətlər bu əraziyə hömranlıq etmişlər: muinilər, qübtilər, sabililər, həmrilər, ğəssanilər, ləxmilər, curhumlar, xəzailər, haşimlər.

AİLƏÇİLİK

   1. Çətin həyat tərzi sürən bədəvi ailələri adətən çoxuşaqlı olurlar. Bütün tayfalar olmasa da, bir çox qəbilə və tayfasız qız uşaqlarına mənfi münasibət bəsləyir və onları diri-diri torpağa basdırırdılar. Bunu onlar iki əsas səbəblə həyata keçirirdilər.

    * Ətraf qəbilələrə hücum edib var-dövlətlərini qarət edən bədəvi ərəblər bunun üçün əlisilahlı oğullara ehtiyac duyurdular ki, qızlar bu iş üçün yararlı deyidi.
    * Başı hücum və qarətdə qarışan ərəblər ailələrini uzun müddət tərk etməli olurdular. Bu isə bir çox hallarda başqa qəbilələrin onların ailələrinə hücum etmələrinə və namuslarına təcavüz etmələrinə səbəb olurdu.

    2.Qadın dəyərsizliyi bir sözlə, qadına gəlir gətirməyən bir varlıq kimi nəzər salınar və onlara heç bir dəyər verilməzdi.
 İslamın zühuru ilə bu vəhşi adət-ənənəyə qadağa qoyulur:" Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar.". ("Nəhl" 58)
    Cahil ərəblərin qadına olan hörmətsizlikləri bununla bitmirdi. Onlar aybaşı olan qadınlara ən aşağı səviyyədə rəftar edər, onları süfrə arxasında belə görmək istəməzdilər. Odur ki, belə günlərdə onları xeymənin bir küncündə oturdar,  hətta xörəklərini də qabaqlarına qoyardılar. 
    lakin "Bəqərə" surəsinin 222-ci ayəsi nazil olmaqla bu yalnış təfəkkür tərzini insan zehniyyətindən birdəfəlik silib "(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: "Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda üzrə) onlara yaxınlaşın!”.

   3. Din və əqidə Ərəbistan yarımadasının cənub hissəsində hələ qədim zamanlardan Aya, ulduzlara və Günəşə pərəstiş etmişlər. "Nəml" surəsinin 24-cü ayəsində Səba elinin ulduzpərəstliyindən xəbər verilir. "Mən onun və tayfasının Allahı qoyub günəşə sitayiş etdiklərini gördüm. "
    Cənubla yanaşı, Ərəbistanın şimal ərazilərində də bəzi tayfalar Günəşə pərəstiş etmişlər. Bunla belə Bədəvi ərəblər ümumilikdə bütpərəst olmuşlar.  Onlar səhradan şəhərlərə gəldikdən sonra da bütpərəstlikdən əl çəkməmişlər. Hər qəbilənin özünəməxsus bütü olmuşdur. Onlardan bəziləri bütləri özləri ilə gəzdirər, bəziləri isə onlar üçün xüsusi buxtalar tikərdi. bütlər əsasən daş və xurma ağacından düzələrdi. Qurani-Kərimdə həmin bütlərin bir neçəsinin adı çəkilmişdir: taif camaatı - lat, bundan sonra - uzza, ovs və xəzrət camaatı - mənat, kəlbilər - vədd, huzəyl camaatı - yəğus, Sənada xəyvan camaatı - yəuq, həmirlilər - nəsr.
   Xristianlıq bu əraziyə cənub (Roma imperatorluğundan) nüfuz etmişdir. İslama qədər bütpərəst ərəblər Məkkə şəhərinə gələr və orada öz dini ayinlərini yerinə yetirirdilər. Onların Həzrət Muhəmmədlə (s.ə.s) ilk görüşü də məhz həmin ziyarətlər ərəfəsində baş tutur. Cahil ərəblər elm və mədəniyyətə çox əhəmiyyət verməsələr də, şür və ədəbiyyata  önəm verər, məşhur şairlərin seçmə şerlərini Kəbəinin pərdəsindən asar və Ukaz bazarında oxuyardılar.

    4. İctimai qanunlar Məkkə şəhərində qüvvədə olan qanunlar qəbilələr arasında bağlanan əhd-peymanlardan ibarət idi. Zil-qidə, zilhiccə, məhərrəm və rəcəb aylarını müqəddəs hesab edər və həmin aylarda bir-biri ilə müharibə etməzdilər. Heç bir qəbilə ilə əhd-peyman bağlamayan şəxslər isə təhlükəsizliyə yiyələnməzdilər.
    Ərəbistan yarımadasının  cənub dövlətlərinin süqutundan sonra Curhum qəbilələri Məkkəyə üz tutur və tez bir zamanda Məkkədə rəhbərliyi ələ alırlar. Lakin bu, çox uzun çəkmir. Xəzaə qəbiləsi ilə döyüşdə məğlub olan şəhər rəhbərliyi isə Peyğəmbərin (s.ə.s) ulu babası Qusay ibn Kilabın zamanına qədər davam edir. Bədəvi ərəblərin həyatında əsas dəyişiklər də elə onun dövründən başlayır.
 Bu barədə  siz gələn sayımızda ətraflı məlumat əldə edə bilərsiniz.

Ardı var...

Category: Diger me'lumatlar | Baxış: 1027 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]