Əsas səhifə » 2012 Aprel 13 » Bədəvi ərəblər (1)
8:27 PM Bədəvi ərəblər (1) | |
![]() Bədəvi - ərəb dilində köçəri, çöl həyatı sürən, mədəniyyətdən uzaq olan insanlara deyilir. Bədəvilər 4-5 əsr bundan əvvəl Ərəbistan yarımadası başda olmaqla, Orta Şərqin bir çox ölkələrində - Afrika qitəsinin şərqində, daha dəqiq desək, Sudan ərazisində məskunlaşmışlar. Təbiətdə quru xarakterə malik olan bədəvilər İslamdan əvvəl hə də davakar olmuşlar. ![]() Qəbilə çoxluğu ərəb dilinin zənginləşməsinə səbəb olur Əkinçiliklə məşğul olmadıqlarından düyü, buğda və digər ərzaqları dəyişmə yolu ilə alırlar. Əvəzində onlar ehtiyac duyduqları qida məhsullarını əldə edirlər. 1. Yaşadıqları səhralar əkinçiliyə yararlı olmadığından heyvandarlıqla məşğul olmuşlar. Ev quşlarına bir o qədər maraq göstərməyən bədəvilər əsasən keçi, qoyun, inək və dəvə saxlayırdılar ki, onlardan süd, dəri, ət və yundan sitifadə edə bilsinlər. 2. Bədəvi ailələrində patriarxat ənənəsi hökm sürmüş və indi də sürməkdədir. Qəbilədaxili evlilik və çoxarvadlılıq bədəvi ərəblərin əsas adət-ənənəsini təşkil edir. Bədəvilər Afrika və Ərəb dillərinin birləşməsindən irəli gələn dildə danışırlar. 1433 il əvvəl İslam dinini qəbul etdikdən sonra ərəb dili onların dialektinə böyük təsir göstərdi. Hər bir qəbiləyə və tayfaya "şeyx" adlı başçı rəbərlik edər və qəbilədaxili məsələlər onun rəhbərlik etdiyi məclisdə müzakirə və həll olunardı. 3. Bədəvilərin mədəniyyət, geyim, mətbəxt, dil və ailə mərasimləri ətrafında aparılan ən mükəmməl elmi iş ispan mənşəli ibn Əbdirəbbihə (860 - 940) məxsusdur. "Dədəvi ərəblərin mədəniyyəti və adət ənənələri" adlanan bu əsrdə qeyd olunan məsələlərlə yanaşı, bədəvi ərəblərin istifadə etdikləri mənzil geyim və atalar misalları da yer alıb. ![]() ![]() 6. Bədəvi ərəblər qeyri-adi adət və ənənələrə malikdirlər. Onların hər birinin özünəməxsus adət-ənənələri olsa da, bəzi məsələlərdə müştərək xüsisiyyətə malikdirlər. Onlar ildə bir dəfə müsəlmanlardan fərqli olaraq oğlanlarla yanaşı, yetkinlik yaşına çatan qızları da sünnət edirlər. Tayfasından asılı olmayaraq bütün bədəvilərin keçirdikləri tək bir bayram var ki, o da toy mərasimidir. Onlar xüsusi parçalarla bədəviləri bəzəyir "rəbaba" adlı musiqi alətində çalıb-oynayırlar. Müasir toy mərasimlərində dəvələrdən istifadə etməsələr də, "Pejo" avtomabillərini həmin parça ilə bəzəyirlər. Bədəvilərin arasında qız qaçırmaq kimi qədim adət tayfaarası iğtişaşlar nəticəsində meydana gəlib. ![]() Dəniz və çay sahilində yaşayan bədəvilər səhra bədəvilərindən fərqli olaraq əkinçiliklə də məşğul olurlar. Onlar nisbətən dövlətli təbəqə hesab edilirlər. Dəniz və çaylardan tutduqları balıqları yeyir, sümüklərindən bəzək əşyaları kimi istifadə edirlər. Yaxın keçmişdə bədəvi ərəblər ovçuluqlada məşğul olardılar. Əvvəllər heyvanların suvarılması üçün dərin su quyuları qazmalı olan bədəvilər hazırda qazılan kanallar vasitəsilə bu çətinliyin öhdəsindən gələ bilirlər. 8. Bədəvilərin əsas tikililərdən biri də şeyxlərin mərasimidir. Bayram günlərində bura gəlib qurbanlar kəsir, hədiyyələr qoyurlar. Qəbirlər eyni ailə və tayfadan olan bədəvilərin görüş yeri hesab olunur. Müsəlman ərəblərdə olduğu kimi, bədəvi ərəblərdə də dünyasını dəyişən şeyxlər onlarla Allah arasında vasitəçi rolu oynayır. Sərdabələrin yanından bəzən tavansız bədəvi məclislərini də görmək olar. Tavanlı məclislər isə son zamanlar inşa olunan məclislərdir. ![]() Bədəvilərin məşhur adətlərindən biri də qəhvə mərasimidir. Bu zaman adət-ənənəyə ciddi riayət olunur. Əvvəl qəhvə dənələri qovrulur, sonra dəvət edilən qonaqların şərəfinə ifa etdikləri mahnılarla toz halına salınır. Qəhvə fincan adlandırılan xüsusi çaydanda bişirilir. Qəhvə hazır olduqda ev sahibi ondan bir neçə damcı yerə tökür, sonra isə öncə özü onun dadına baxır. Bundan sonra saat əqrəblərinin əksi istiqamətində qonaqlara növbə ilə qəhvə verilir. | |
|
Total comments: 0 | |