Bazar günü, 2024-12-22, 4:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Yanvar » 22 » Ayrılan sizlər, dünyası dağılan övladlarınız....
4:15 PM
Ayrılan sizlər, dünyası dağılan övladlarınız....

Ayrılan sizlər, dünyası dağılan övladlarınız....

   Deyirlər ki, ailə kiçik bir dövlətdir. Bu dövlətin möhkəm olması üçün başçını seçərkən şox diqqətli olmaq lazımdır. Azərbaycanda ailə anlayışı hər zaman müqəddəs olmuşdur. Lakin son zamanlarda nəzər yetirsək, boşanma hallarının çoxaldığının şahidi olacağıq. Onu da bilməliyik ki, tərəflər arasında mübahisələrin, boşanmaların əksəriyyəti ən çox uşaqlar çəkir.


   Uşaq həm ananın, həm də atanın diqqətinə, sevgisinə, şəfqətinə möhtac bir varlıqdır. Boşanan ailənin övladları daim sevgisiz böyüyür və sevgiyə ehtiyac duyurlar. Belə uşaqlar özlərini həmişə yarımçılı hiss edirlər. Uşaqların həm iki valideynlə həm ana, həm də ata ilə böyüməyə haqları var. Amma siz ayrılaraq övladlarınızın əlindən bu şansı alırsınız. İnanın, bunun bədəlini ömrü boyu uşaqlarınız ödəyəcəkdir. Bu da övladlarınız üçün mənəvi travma deməkdir. Belə ailələrdə yetişən uşaqlar, valideynlərinin ayrıldıqlarını cəmiyyət arasında utandıqları üçün gizlədirlər. Eyni zamanda ailə qurmaq çağına çatan istər oğlan olsun, istərsə də qızlar da bu, onu başıaşağı etmək kimi xoşagəlməz hadiələrlə üzləşdirə bilər Gənclərin əksəriyyəti bu cür hallarla üzləşməmək üçün ciddi münasibət qurmaqdan çəkinirlər.

  Parçalanmış ailədə böyüyən uşaqların ən böyük arzusu sarsılmaz ailəyə sahib olmaqdır. Gözəl və mehriban ailə gördükdə onlar qibtə edirlər. 

    Boşanan ailələrin övladları adətən iki yerə ayrılırlar. Əgər uşaq ananın himayəsində qalırsa, nadir hallarda ata tərəfin qohumları ilə yaxın münasıbət saxlaya bilir. Əksinə, atanın yanında yaşayan uşaqlar bəzən analarının üzünə belə həsrət qalırlar. Valideynlərin hər hansı birinin evlənməsi də, uşağın psixologiyasına təsir edən amillərdəndir. Düşünün ki, onun ana və atasının yerini indi başqa birisi doldurur.

   Ailənizi dağıtdıqdan sonra çalışın uşaqlarınızı seçim qarşısında qoymayasız. Unutmayın ki, seçim qarşısında qoyduğunuz onun valideynlərindən biridir. Siz haqsızlığa uğramış tərərf olsaz belə, övladınızın yanında həyat yoldaşınızı təhqir edib, uşağın hər hansı xüsusiyyətini ona bənzətməyə çalışmayın. Bununla siz uşağın özünəqapanmasına və həyatdan küsməsinə səbəb ola bilərsiniz. Yaxşısı odur ki, övladlarınızı bu məsələyə daxil edib, psixologiyasını korlamayasız. Bilməlisiz ki, həyat yoldaşınızdan boşanan sizsiniz, uşaq nə anadan nə də atadan boşanmır.


Category: Bezi meslehetler | Baxış: 1133 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]