Bazar günü, 2024-12-22, 6:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » May » 8 » Ayətullah Hairi Şirazi: “İnsanların cinsi fərqi - əsl meyar deyildir”
4:07 PM
Ayətullah Hairi Şirazi: “İnsanların cinsi fərqi - əsl meyar deyildir”
Ayətullah Hairi Şirazi: "İnsanların cinsi fərqi - əsl meyar deyildir”

 Ayətullah Məhyələddin Hayiri Şirazi "İslam və cinsiyyət” simpoziumunda demişdir: "İnsanlar Allah dərgahında təqvaları ilə fərqlənirlər. Onun üçün qadın və ya kişi olmaq mühüm deyildir. İnsan xilqəti sadə deyildir. Ona görə də qadınla kişi müxtəlif cür xəlq edilmişdilər. İnsan barmaqları kimi. Onlar fərqlidirlər, ancaq bu cür olmaqları iş görən zaman daha faydalıdır.

Allah Həzrət Məryəmin (ə) məqamına işarə edərək, bizlərə bildirmək istəmişdir ki, Onun yanında qadınla kişinin fərqi yoxdur. Ona görə də Məryəmi (s.ə) elə bir məqama çatdırmışdı ki, çox az kişi bu məqama nail ola bilmişdi. 

Bəzən ola bilsin ki, ər fasiq olsun, ancaq arvadı İlahi Övliyalardan olsun. Bəzən də bunun əksi baş verir. Hətta Peyğəmbərin (s) həyat yoldaşı olmaq belə məqam sahibi olmağa dəlalət etmir.

Bunların hamısı insanın özündən asılıdır. Bəzi qadınlar özlərinə düzgün dəyər vermirlər. Həzrət Məryəmin (s.ə) anası da İlahi Övliyalardan idi. Onun məqamı da yüksək idi. Ancaq başa düşəndə ki, övladı qızdır, narahat olur. Çünki o, övladını Allaha vəqf etmişdi. Ona görə fikirləşirdi ki, övladı qız olduğu üçün Allahın xidmətçisi ola bilməz. Ancaq Allah Məryəmi (ə) qəbul etdi. Beləliklə deyə bilərik ki, Allah üçün əsl meyar - təqvadır”.
(Həvzəh/ Deyerler.org)

Category: Diger me'lumatlar | Baxış: 854 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]