Bazar günü, 2024-12-22, 10:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Iyul » 31 » Avqustun 1-də niyə oruc tutmaq lazımdır?
5:34 PM
Avqustun 1-də niyə oruc tutmaq lazımdır?
Məlum olduğu kimi, qəməri aylarının başlanması və qurtarması Ayın görünməsi ilə müəyyən edilir. "Ayın görünməsi" dedikdə, birgünlük Ayın vizual (o cümlədən, iriləşdirən cihazlarla) görünməsi nəzərdə tutulur. Lakin, birgünlük Ay çox nazik olduğundan və buludluq, səmanın toz-torpaqla tutulması kimi amillərin nəticəsində, onu görmək müəyyən çətinliklərlə müşayiət olunur. Bu səbəbdən, qəməri ayının başlanması və qurtarması heç də həmişə öncəki gecədə məlum olmur. Bu məsələ, mübarək Ramazan ayında xüsusi aktuallıq kəsb edir. Belə ki, mübarək ayda mömin və möminələrin üzərində vacibi orucun tutulması vəzifəsi mövcud olduğundan, ayın başlanmasını və qurtarmasını bilmək çox əhəmiyyətlidir. Müqəddəs dinimiz, hər məsələdə olduğu kimi, bu mövzuda da dəqiq vəzifələr müəyyən etmişdir. Şəban ayının axırıncı günü - ayın 30-u, yaxud Ramazan ayının əvvəli - ayın 1-i olması məlum olmayan gündə üzrlü səbəbi olmayan mükəlləfin vəzifəsi - oruc tutmaqdır. Bu zaman niyyəti Ramazan ayının orucu kimi tutmaq olmaz - çünki, Ramazan ayının daxil olması dəqiq məlum deyildir. Qəzası olan - qəza niyyətilə, qəzası olmayan - kiminsə qəzası niyyətilə, yaxud müstəhəb oruc niyyətilə həmin gündə oruc tutmalıdır. Əgər gün ərzində mübarək Ramazan ayının daxil olması məlum olsa, sadəcə niyyəti dəyişmək kifayətdir. "Niyyəti dəyişmək" dedikdə, hansısa sözləri demək gərək deyil. Sadəcə insan müəyyənləşir ki, "tutduğum oruc - artıq Ramazan ayının orucudur", bu, kifayət edir.
Bu il avqustun 1-i - məhz belə günlərdəndir. Bu saatadək avqustun 1-nin Şəban ayının 30-u, yaxud Ramazan ayının 1-i olması hələ ki, məlum deyil. Bu baxımdan, avqustun 1-də yuxarıda deyilən niyyətlərdən (qəza, müstəhəb) biri ilə oruc tutmaq vacibdir. Əgər gün ərzində mübarək ayın daxil olması məlum olsa, sadəcə, niyyət Ramazan ayının orucuna çevrilir.
Allah Təala cəmi ibadət və itaətlərimizi qəbul etsin!
deyerler.org
Category: Diger me'lumatlar | Baxış: 924 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]