Bazar günü, 2024-12-22, 8:20 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 17 » Atəştpərəstlik, bütpərəstlik, yoxsa Novruz?
4:59 AM
Atəştpərəstlik, bütpərəstlik, yoxsa Novruz?
İctimai həyat tərzi sürməyə adət etmiş insan həyatında bir sıra dəyişikliklərin və təkrarların şahidi olmağa başlayır.

  Bu dəyişiklik və təkrarlardan biri də fəsillərin bir-birini əvəz etməsi olur. Fəsillərin nə zaman dəyişdiyini dəqiqliklə müəyyən etməyə hamıdan çox əkinçilər ehtiyac duyurdu. Bunun üçün köhnə ilin sona çatdığını və təzə ilin başlandığını müəyyən edən dəqiq təqvim tərtib olunmalı idi. Lakin hesablama olaraq Ayın yer ətrafında dövr etdiyi müddət əsas zaman meyarı qərar verilir və həmin müddət ilin hesablanması bu minvalla davam etdiyilir. Lakin çox keçmirki kəndlilərin hesablamaları ilə qəməri təqvimi arasında bir sıra çatışmamazlıqla özünü biruzə verməyə başlayır.
Nəticədə Ayın Yer ətrafında dövrü əvəzinə Yetin Günəş ətrafına etdiyi birlilik dövr zaman meyarı kimi qəbul olunur. İslamdan əvvəllər də il qədim iranlıların təqvimləridə dörd fəsildən ibarət idi.
Əbu Reyhan Biruni bu haqda belə yazır:" Qədim Sasanilər təqvimində il bəşər övladının yaradılışı ilə (yəni tarixin yeddinci minilliyindən(başlanır. İlin başlanğıcı fərvərdin ayının  Hörmüz günündən, daha dəqiq desək, Günəş günün yarısından xərcəng bürcündən olduğu andan başlanır.
Novruz nə zaman meydana gəlir?
 Bu barədə bir çox məlumatlar verilmişdir. Onlardan birində deyilir: "Novruz ilk Sasani dövlətinin zamanından qeyd olunmağa başlanır. 4 və 5-ci ilin tarixçilərindənolan Firdovsi, Biruni və Təbəri bu barədə yazırlar;" Novruz rəsmi olaraq Sasani hökmdarı Cəmşidin zamanından qeyd olunmağa başlanır. Deməli, Novruz Cəmşidin zamanından çox-çox əvvəllər qeyd olunmuşdur, bu isə o deməkdir ki,biz Azərbaycanlılarında Novruzu Milli bayram qeyd etməsinin, bəzilərinin əsassız olaraq iddia etdiyi kimi, atəştpərəstlik və zərdüştliklə heç bir əlaqəsio olmamışdır. Əvvəla ona görə ki, Novruzda heç bir dini ayin yetirilmir. Tonqalı atəştpərəstliklədə əlaqələndirmək isə sadəcə olaraq, cəhalət və savadsızlıqdan irəli gəlir. Əvvəla ona görə ki, atəştpərəstlikdə od müqəddəs hesab olunur və onun nə üzərində tullanır, nə də sönməsinə imkan verilir. Halbuki Novruz bayramında belə deyil. Bayram günü qalanan tonqallar təbiətdə müşahidə olunan işıq və hərarət rəmzini tərənnüm edir.
Hələ səməninidə bütpərəstliklə əlaqələndirənlər var. Ümumilikdə, bu kimi "nəzəriyyə sahiblərinin" iddialarını başa düşmək olmur. Belə ki, tonqaldan söz düşdükdə onu atəştpərəsliklə, səməni ortaya gəldikdə isə onu bütpərəstliklə əlaqələndirirlər. Maraqlıdır! Görəsən insan eyni zamanda necə həm atəştpərəst, həm də bütpərəst ola bilər?! Coğrafi araşdırma apardıqda isə Novruz bayramı qeyd olunan məntəqələrdə ( Azərbaycan, İran, Əfqanistan və s.) bir müddət atəştpərəstlik mövcüd olsa da, insanlar bütlərə pərəstiş etməmişdir. Belə olduğu halda bərəkət rəmzi olan səmənini bütpərəstliklə necə əlaqələndirmək olar?! 
Təbitdəki dörd ünsür (od, su, torpaq və hava) Novruzun əsas atributları qərar verilərək dörd çərşənbədən hər biri ilə əlaqələndirilmişdir. Novruz fars mənşəli söz olaraq "yeni gün" mənasını verir.


Category: Diger me'lumatlar | Baxış: 1050 | Added by: Ənfal | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]